Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yeni Hüdud Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Prezident seçkilərində parlaq qələbəniz Sizin ölkəyə uğurlu rəhbərliyinizə və dövlət idarəçiliyi təcrübənizə Azərbaycan xalqının inamının təsdiqidir.

Yeni Hüdud Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələr uğurla davam edir. Mən Sizin bundan əvvəlki prezidentliyiniz dövründə münasibətlərimizin sürətli inkişafını yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın və Yeni Azərbaycan Partiyasının davamlı inkişafını səmimi qəlbdən arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

 

 

Hvanq Vu YE,

Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.