Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Fransa-Azərbaycan Ticarət Palatası adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Ölkənizin iqtisadi, sosialsiyasi inkişafını davam etdirdiyinizə və sürətləndirdiyinizə görə Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi.

Sizin rəhbərliyinizlə ölkənizin iqtisadi inkişafını Fransa-Azərbaycan Ticarət Palatası diqqətlə izləyir.

Əminik ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı olacaq, işğal altındakı əraziləriniz sülh yolu ilə azad ediləcək, ölkənizdə əmin-amanlıq və sabitlik daha da möhkəmlənəcəkdir.

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu sayəsində iqtisadi əlaqələrimiz xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etmiş və möhkəmlənmişdir. 

Hörmətlə,

 

 

Jan PERRƏN,

Fransa-Azərbaycan Ticarət Palatasının sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.