Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik etməkdən xoşbəxtəm. Azərbaycan xalqı Sizi praktiki olaraq yekdilliklə öz rəhbəri seçmişdir. Bu, təəccüblü deyil, çünki Siz dünyada çox yüksək nüfuz sahibi olan görkəmli siyasi xadim, öz siyasi fəaliyyətilə 1990-cı illərin əvvəlində Azərbaycanı ağır siyasi böhrandan çıxarmış atanızın işinin layiqli davamçısısınız. Müasir dövrün nəhəng siyasi lideri olmuş Heydər Əlirza oğlu Əliyev dünyanın iyirmi ən güclü siyasətçisi sırasına daxil idi. O, respublikanı yenilənmə yoluna qaytarmaqonun resurslarını inkişaf etdirmək üçün ən zəruri tədbirlər görmüşdür. Bu gün Siz onun işini layiqincə davam etdirirsiniz. Mən Sizin gözəl respublikanızı, Bakını çox sevirəm. Bakı ilə bağlı yaradıcı əlaqələrim və çox fərəhli xatirələrim vardır.

Ölkənizə firavanlıq arzulayıram. Qoy nikbinlik, səbir və quruculuq enerjisi heç vaxt tükənməsin. Qoy Sizin bütün planlarınız və niyyətləriniz uğurla həyata keçsin, həmfikirlərinizin əhatə dairəsi genişlənsin.

Sizin gözəl, böyük və səmimi ailənizə ən xoş arzularımı bildirirəm.

Səmimi hörmətlə, Sizin

 

 

Aleksandr KALYAGİN,

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.