Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və böyük nüfuza malik ölkənizdə sülh və əmin-amanlığa gətirib çıxarmış nailiyyətlərin davamlı olmasını arzulayıram.

Prezident seçkilərinin nəticələri Zati-alinizin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara xalqınızın inam və etibarını bir daha təsdiq edir.

Hörmətli cənab Prezident, Sizin bütün səylərinizin bundan sonra da uğurlu olmasını arzu edirəm.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 Xalid ƏRƏN,

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti

 Araşdırmalar Mərkəzinin baş direktoru

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.