Vətənə, xalqa
və dövlətə sədaqət andı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin andiçmə mərasimi
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilmiş
İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə
mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın dövlət
rəsmiləri, hökumətin
üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak etmişlər.
Prezident İlham Əliyevi müşayiət edən
fəxri kortej Azərbaycan Respublikası
Prezidentinin andiçmə
mərasiminin keçirildiyi
Milli Məclisə yola düşdü.
2013-cü
il oktyabrın
9-da Azərbaycanda keçirilən
prezident seçkiləri
ölkəmizin tarixinə
mühüm hadisə
kimi düşdü. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı
seçkiləri müşahidə
edən xarici ekspertlərin diqqətindən
yayınmadı. Müşahidəçilərin hamısı bu
amili yüksək qiymətləndirərək son illərdə ölkəmizdə
demokratik proseslərin
uğurla getdiyini, prezident seçkilərinin
azad və şəffaf keçirildiyini
bildirdilər.
Azərbaycan vətəndaşları yenidən
öz səslərini
İlham Əliyevə
verdilər. Seçicilərin
böyük əksəriyyətinin
səs çoxluğu
ilə qalib gələn İlham Əliyev növbəti 5 il müddətinə
Prezident seçildi. Əslində, Azərbaycan
xalqı son 10 ildə
qazanılan böyük
nailiyyətlərə, sürətli
inkişafa və qazanılan uğurların
davam etdirilməsinə
səs verdi.
Çünki son 10 ildə Azərbaycan
dövlətinin siyasi
və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı
nüfuzu artdı.
Dövlət başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən
qəbul olundu. Prezident
İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycan regionun lider dövlətinə çevrildi.
Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin
dünyaya inteqrasiyasını
sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü
lider vəhdəti son
10 ildə müasir müstəqil Azərbaycanın
devizinə çevrildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər
bir azərbaycanlı öz həyatında hiss etməyə başladı.
Çünki Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi
dövlət siyasətinin
mərkəzində Azərbaycan
vətəndaşı dayandı.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının
Prezidenti seçilmiş
İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi
açıq elan olundu.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevi hərarətlə
və sürəkli alqışlarla qarşıladılar.
Silahlı Qüvvələrin əsgərləri
Azərbaycan Respublikasının
Dövlət bayrağını
və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını)
təntənəli marşın
sədaları altında
səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri
səhnəyə dəvət
olundular.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri
Fərhad ABDULLAYEV çıxış
edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli
qərarı ilə Azərbaycan Respublikası
Prezidenti seçkilərinin
yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini
təsdiq edərək,
cənab
İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti
elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti
seçilmiş cənab
İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası
Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin
iştirakı ilə
and içməyə dəvət
olunur.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV əlini
Azərbaycan Respublikasının
Konstitusiyasının üzərinə
qoyaraq and içdi:
- Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini
həyata keçirərkən
Azərbaycan Respublikasının
Konstitusiyasına əməl
edəcəyimə, dövlətin
müstəqilliyini və
ərazi bütövlüyünü
qoruyacağıma, xalqa
ləyaqətlə xidmət
edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının Dövlət
himni səsləndi.
Sonra Prezident müqəddəs
Qurani-Şərifə əl
basaraq and içdi:
- Əlimi Qurani-Şərifə
basaraq and içirəm:
Azərbaycan xalqının
əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə
və ənənələrə
sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək Azərbaycanın Dövlət
bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev andiçmə mərasimində
geniş nitq söylədi.
(Prezident İlham
Əliyevin nitqinin mətni qəzetin bugünkü nömrəsində
dərc edilir).
***
Azərbaycan Respublikasının Dövlət
bayrağı və Azərbaycan Respublikası
Prezidentinin ştandartı
(bayrağı) səhnədən
aparıldı.
Bununla da andiçmə mərasimi
başa çatdı.
AzərTAc
Azərbaycan.-2013.- 20 oktyabr.- S.1.