İlham Əliyevin qələbəsi halal qələbədir
Azərbaycanda prezident seçkiləri başa çatdı. Demokratik, ədalətli və tam şəffaf formada baş tutan seçkilərdə xalqımız uğurlu gələcəyə, yüksəlişə, inkişafa dəstək olaraq cənab İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçdi. Prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin əksəriyyəti İlham Əliyevi qələbə münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzılamışlar.
Onlardan biri də Milli Məclisin
deputatı Zahid Orucdur. Prezidentliyə keçmiş namizəd
Prezident İlham Əliyevi təbrik etməklə barabər, ölkədə keçirilən
seçkinin gedişatı,
seçicilərin aktivliyi
və tam demokratik şəkildə baş tutan seçkilərlə
bağlı fikirlərini
bizimlə bölüşdü.
Öncə prezident seçkilərinin
nəticələrinə toxunan
Zahid Oruc qeyd etdi ki,
seçkilərin nəticəsini
hüquqiləşdirən, bütün siyasi mübarizələrə son qoyan
Azərbaycan xalqı oldu. Bunu təsdiq edənlər
isə obyektivliyə söykənənlər idi.
Digər
mövqe tutanları isə aşkar şəkildə bu millətin üzərində
istədikləri planlarını,
məkrli niyyətlərini
həyata keçirmək
istəyən qüvvələr
adlandırmaq olar.
Bu qüvvələr müxtəlif yollarla Azərbaycanı təzyiq
altında saxlamaq, gözdən salmaq istəyində idilər.
Ancaq xalq buna imkan
vermədi. Eyni zamanda
seçkiləri müşahidə
edən yüzlərlə
beynəlxalq müşahidəçinin
verdiyi rəy,
"exit-poll"arın nəticələri
onların planlarını
alt-üst etdi.
Z.Orucun sözlərinə görə,
antiazərbaycançı şəbəkənin
son ümid yeri isə dağıdıcı
müxalifət tərəfindən
prezidentliyə namizədliyi
irəli sürülmüş
Cəmil Həsənli
idi: "Cəmil Həsənlinin namizədliyini
verənlər və ona xaricdən dəstək olanların özləri də yaxşı bilirlər ki, bu şəxs
nə liderdir, nə komanda qurmaq qabiliyyətinə
malikdir, nə də sabit mövqeyə
sahib bir adamdır. Son 13 ildə
onun tərcümeyi-halına
baxan hər kəs bilir ki, siyasi cəhətdən
sürüşkən, saxtakar
və riyakar bir adamdır. Əgər həqiqətən Cəmil
Həsənli ləyaqət
simvoludursa, Prezidentin parlament xətti ilə ona verdiyi
mənzildən imtina etsin. Yaxud da parlamentdə bütün mandatları saxta sayırsa, öz mandatını da ora aid edərək
2200 manat pensiyadan daşınsın. Amma görünür
ki, o nə Nelson
Mandela, nə də
Mahatma Qandidir. Bunu Cəmil
Həsənlini aqressiv
müxalifətin "seçki
qurbanı" seçən
İsa Qəmbər və Əli Kərimli də yaxşı bilir".
Z.Orucun fikrincə,
Cəmil Həsənli
üzərində hakimiyyət
əleyhinə bir cəbhə təşkil edənlərə də bu şəxsin böyük siyasi mübarizələrə hazır
olmadığı çox
yaxşı bəlli idi. Bu, seçkilərdə
də sübut olundu. Seçki günü axşam
saatlarında Müsavat
Partiyasının qarşısına
toplaşan 40 nəfərlik
kiçik toplum məğlubiyyəti əvvəlcədən
dəqiqləşdirən şəxslər
idi. Onlar sadəcə təsəlli
üçün bir araya gəlmişdilər.
Əslində isə dağıdıcı
müxalifət seçkini
çoxdan uduzmuşdu.
Seçkiyə qədər göstərilən
şoular isə hansısa maraqlar xatirinə həyata keçirilirdi.
Zahid Oruc bildirdi ki,
seçkidən sonra destruktiv müxalifətin keçirdiyi mitinqə toplaşanlar Cəmil Həsənlini önə
verib öz kreslolarını sığortalayan
müxalifət "liderləri"nə
etiraz edənlər idi. Bunu onlarn "məğlubiyyət
mitinqi" də adlandırmaq olar.
Prezidentliyə keçmiş namizədin
fikrincə, Prezident İlham Əliyevin seçkilərdə yüksək
səs qazanması o deməkdir ki, dövlət başçısı
böyük xalq kütləsinə
söykənərək islahatlarını
daha da uğurla
davam etdirmək qüdrətindədir: "...Əmin
olun ki, bir neçə ay keçdikdən sonra seçkilərlə bağlı
Azərbaycana təzyiq
göstərmək istəyən
və onun nəticələrinə kölgə
salmağa çalışan
dairələrin əsl
niyyətləri üzə
çıxacaq. Barışmaz müxalifətin dəyişməz
liderləri ölkəmizin
uğurlarını, islahatlar
proqramının yekunlarını
təkzib edir, amma əvəzində heç nə təklif etmirlər.
Onların heç bir
idarəçilik təcrübəsi
və potensialı, elektoral dəstəyi olmadığı halda yalnız hakimiyyət istəyirlər. Axı qeyri-real,
absurd vədlər verən
namizədə hansı
seçici səs verər? İlham Əliyevin qələbəsi
halal qələbədir".
Qeyd edək
ki, prezidentliyə namizədlərdən ilk olaraq
Zahid Oruc Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamışdı. Məktubda
deyilirdi: "Böyük
səs çoxluğu
ilə yenidən Prezident seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edir, dövlətimizin
dinamik inkişafı və xalqımızın
rifahının günü-gündən
yüksəldilməsi istiqamətindəki
fəaliyyətinizdə böyük
uğurlar arzulayıram.
9 oktyabrda parlaq
qələbə çalmağınız
bir daha sübut etdi ki, xalqımız ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm milli
inkişaf yolunun davam etdirilməsini yekdilliklə alqışlayır
və bunu vətənimiz Azərbaycanın
hərtərəfli tərəqqisinin
yeganə uğurlu yolu hesab edir".
Məktubda vurğulanır ki, uzaqgörən xalqımız
bu seçkilərdə
siyasi iradəsi ilə həm də ölkəmizin bir daha heç
vaxt ötən əsrin 90-cı illərinə
qayıtmayacağını bəyan etdi. Cəmiyyət üzvlərinin böyük
əksəriyyəti tərəfindən
qəbul olunmayan, çağırışları və fəaliyyətləri
ilə ölkədə
qarşıdurma yaratmağa
cəhd edən, xarici qüvvələrin maraqlarına uyğun olaraq dezinformasiya yaymaqla siyasi xal qazanmaq istəyən
qüvvələrlə xalqımızın
istək və maraqları arasında heç bir əlaqə yoxdur.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 20 oktyabr.- S.8.