Səmərqə nənənin arzuları

 

ya 107 yaşlı ağbirçək niyə İlham Əliyevə səs verdi?..

 

 

Üçüncü mərtəbədə bir qapını nişan verdilər. Dedilər ki, 107 yaşlı Səmərqə nənə bu mənzildə yaşayır. Qapını yaşlı bir kişi açdı. Böyük oğluyam, - dedi - Mirsiyab. İçəri otaqdan yaşlı qadın səsi gəldi: - Kimdi, ay oğul?

 

- Səndən yazmağa gəliblər, ay ana, - dedi.

 

Əlini günlük eləyib bir xeyli bizə baxandan sonra qarı dərindən ah çəkdi:

 

- Elə bildim Ağdamdan xəbər var...

 

Üz-üzə əyləşib Səmərqə nənəni sorğu-suala tutmaq istəyirdik ki, açıq-aşkar zarafata keçdi:

 

- Mənim nəyimdən yazırsınız ay oğul, ələyim ələnib...

 

Əslində, Səmərqə Lətif qızı Zeynalova maraqlı bir kitabı xatırladır. Hər səhifəsinə ömrün bir səhnəsi həkk olunub. Nələrdən danışmır, ilahi! Yazıya sığmayan erməni vandalizmindən söz açır. Hitler müharibəsinin faciələrindən . Deyir ki, ermənilər ən doğma adamlarımı diri-diri yandırdılar, vəhşicəsinə öldürdülər. Yerə-göyə sığmayan bu fəryad, ah-nalə bu gün qulaqlarımdan getmir. Hitler uşaqlarımın atasını - İsfəndiyarı gedər-gəlməzə apardı. Heç qara kağızı da gəlmədi. Ona görə elə indi gecələr telefon zənglərinə səksənirəm. gizlədim, ay oğul, gecə zənglərindən yamanca qorxuram.

Bu qədər dərdin-bəlanın içərisində bir əsrdən çox yaşamaq hər adamın hünəri deyil. Səmərqə nənə deyir ki, Ağdamda olanda bir müddət Əsgərandan Yevlağa gedən qatarın yol bələdçisi olmuşam. Sonra mənim bələdçilik etdiyim yollar da bağlandı. Daha o tərəflərə qatar da gedib-gəlmir... qədər çətin olsa da, özümdə güc-taqət tapıb üç övlad böyütdüm. Əlləri çörəyə çatanda tifaqı dağılmış ermənilər övladlarımı pərən-pərən saldılar. yaxşı ki, Heydər Əliyev varmış. Allah o kişini bizə pənah göndərdi. Hərəmiz bir tərəfdə yerləşdik. Vallah, o kişi hayımıza çatmasaydı qaçqının, köçkünün balası bu gün bir isti yuvaya həsrət qalardı.

Yaşının bu çağında Səmərqə nənə elə şükranlıqla danışır ki, onun səmimiyyətinə inanmaya bilmirsən:

- qədər ki o kişi dövlət başındaydı, hər dəfə alqış edə-edə gedib ona səs verərdim. Şükr ki, Heydər ocağında ona layiq bir övlad böyüyüb. Əvvəllər 24 saylı Nizami seçki dairəsinə özüm gedərdim. Amma bu il seçki qutusunu evimizə gətirmişdilər. Mən İlham Əliyevə - o böyük kişinin layiqli davamçısına səs verdim. Vallah, o birilərini heç tanımıram da...

Səmərqə nənə siyasətdən uzaq adamdır. Onu vədlə-vədəylə aldatmaq olmaz. Gördüyünə inanır. Bir inanır ki, Allahın ucaltdığını qədər cəhd etsə , bəndə kiçildə bilməz:

- Ona görə İlham Əliyevə səs verdim ki, övladlarım - nəvələrim, nəticələrim, kötükcələrim azad gümrah böyüsünlər, dərd-bəla görməsinlər, ölkəmizdə dinclik olsun...

107 yaşlı Səmərqə nənənin 13 nəvəsi, 17 nəticəsi, 8 kötükcəsi var. Deyir ki, səs vermək hüququ olan bütün övladlarım yalnız İlham Əliyevə səs veriblər. Bax bu, bir nəslin davamlı etibarlı səsidir. Bu etimadı, inamı etibarı qazanmaq o qədər asan deyil. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, bizim hamımız xalq üçün işləyirik. Ona görə məqamı çatanda elə xalqa da güvənirik...

Səmərqə nənə sözarası dedi ki, seçki günü Ağcabədinin Kəhrizli kəndində yaşayan qardaşım Şəmsəddinlə, Bakıdakı bacım Şamaxı ilə telefonla əlaqə saxladım. Onlar da hərəsi bir nəslin ağsaqqalı, ağbirçəyidir. Hər ikisinin özləri , övladları da İlham Əliyevə səs veriblər.

- Bir əsrdən çox ömür sürən bu qocaların bir niyyətləri olub: əgər İlham Əliyev üçüncü dəfə prezident seçilərsə, qurbanlıq qoç kəsəcəklərini bildiriblər. Bu gün qocalar sevinir ki, Allahın dərgahında niyyətləri çin olub.

Səmərqə Lətif qızı sabaha nikbin baxır. İnanır ki, Azərbaycanın gücü, qüdrəti artdıqca işğal olunan torpaqların qaytarılması tezləşəcək. Düşmən bizim böyük uğurlarımıza dözüm gətirə bilməyəcək. O, Ağdama - doğma Eyvazxanbəyli kəndinə dönəcəkləri günü gözləyir. Kövrələ-kövrələ deyir ki, atamın, anamın, doğmalarımın ruhu o torpaqda dolaşır. Tez-tez o yerləri yuxularımda görürəm. Qismət olsa, övladlarımı başıma yığıb günlərin bir günü ata-baba yurduna dönəcəm... Özü çal-çağırla, toy-büsatla. Düşmənin niyyəti gözündə qalacaq. Ona görə ki, biz yenə layiqli, dəyərli təpərli lider seçdik. Bu seçimlə hər bir azərbaycanlı qürur iftixar duyur. Bu liderimiz həm siyasətdə sınanıb, həm bütün maraqlarımızın təmsilçisi kimi özünü doğruldub. Hər bir sadə azərbaycanlı belə düşünür!

Səmərqə nənənin nazını çəkən, qulluğunda dayanan böyük gəlini Həcər xanım deyir ki, tez-tez qəribə mənzərənin şahidi oluruq: elə ki bir az tək-tənha qalır, onda gizli-gizli öz otağına çəkilir, Ağdamdan gətirdiyi bir düyünçə torpağı sığallaya-sığallaya dərd-səri ilə baş-başa qalır. Amma göz yaşını bilərəkdən qəsdən bizdən gizlədir. Böyüklüyə bax, ilahi!

Ürəyimdə ağrılar, gəzirəm gülə-gülə,

Ağlamaq olmur ana, hər adam görə-görə...

Səmərqə nənə sevincinə şərik axtarsa da, göz yaşına heç kimi ortaq etmək istəmir. İstəmir ki, övladları niskilli-niskilli, gözü yaşlı yaşasınlar. Yenə deyir ki, belə müstəqil dövləti, iradəli Prezidenti olan xalq ağlamağa yox, qalibiyyətə meyilli olmalıdır!

Səmərqə nənə nəvələrinin içərisində Murada daha çox bağlıdır. Hər gün onun yolunu gözləyir:

- Məni böyütdüyüm ağacın yanına aparacaq, - deyir. Sən demə, evlərinin qarşısında Heydər bağı salınanda Səmərqə nənə öz əli ilə bir ağac əkib. Günü bu gün nəvəsi Muradla birlikdə o ağaca baş çəkir, qulluq edir, bir qarış böyüməsinə uşaq kimi sevinir.

Deyəsən, sözümüz-söhbətimiz alınmışdı. Səmərqə nənə ipə-sapa düzdüyü şirin xatirələri bir-birinə calayırdı. Ən çox da nəvəsi Muradın macəralarından danışırdı. Deyirdi ki, onu uşaqlıqdan bir az şıltaq böyütmüşəm, dizimin dibindən əl çəkmir. Hələ müharibə dövründə babası İsfəndiyar kişinin yazdığı üçkünc məktubları oxuyanda öz zarafatlarını da böyrünə qoşur. O köhnə məktubları təzə avazla oxuyur...

Nəvə-nəticə toyundan ötrü qəribsəyib Səmərqə nənə. Deyir ki, bir niyyətim var, ay oğul. Allah möhlət versə, Ağdam toylarının birində doyunca oynayacam. Onda deyərəm ki, bütün itkilərimizin, ağrılarımızın əzabı az-çox da olsa ödəndi. Hələ ki bu yerin-yurdun dərdi məni içimdən ovur. qədər üzüm gülsə , o yerlərin həsrəti qəddimi əyir. Heç olmasa əmanət kimi qoruduğum o bir ovuc torpaqdan Ağdamın, doğma kəndimizin ətrini-qoxusunu alıram. Lap şəhərin harasında oluramsa-olum, biçilmiş zəminin ətrindən ötrü burnumun ucu göynəyir. Elə bilirəm ki, əkin-biçin yerindəyəm. Amma yaşımın bu çağında inanıram ki, o yerlərdə yenə toy-büsat olacaq. Elə bu böyük inamla İlham Əliyevə səs verdim! Səs verdim ki, nəvələrim, nəticələrim gümrah böyüsün, təhsil ala bilsin, arzuları, istəkləri göyərsin. Bax, onda bu Səmərqə nənən qəddini dikəldib köhnə ata-baba yurdunda qonaq-qara qarşılayacaq, toy-büsata sidq ürəkdən xeyir-dua verəcək.

Sağollaşma məqamında Səmərqə nənənin sonuncu diləyini öyrənmək istədik.  Heç nədən umacağım yoxdur oğul, - dedi. - Yüz ildən çox yaşadım, dünyanın hər üzünü gördüm, yaxşıları da, yamanları da. bir onu gördüm ki, bu geniş dünyanın qapılarından yaxşıya qoşulub yamanlar da keçir. Allah bizi bəd nəzərdən, xəbis niyyətlərdən qorusun! Ən böyük diləyim odur ki, bu millət xoşbəxt yaşasın, hər kəs öz seçimində sədaqətli olsun! Biz Səmərqə nənəyə uzun ömür arzuladıq. Bir onu arzuladıq ki, təki niyyətlərin, istəklərin çin olsun.

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.- 20 oktyabr.- S.11.