Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı iki ölkənin maraqları, həmçinin sülh, əmin-amanlıq və firavanlıq naminə davam edəcəkdir.

Səmərəli dialoqun dəstəklənməsi naminə Sizi 2014-cü ildə münasib bildiyiniz vaxtda Bolqarıstana səfərə dəvət edirəm. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri çərçivəsində xalqlarımızın rifahı naminə Sizinlə əhəmiyyətli məsələləri müzakirə edə bilərik.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

 

Rosen PLEVNELİEV,

Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  20 oktyabr.- S. 5.