Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri, icazə
verin, Azərbaycanda keçirilmiş
prezident seçkilərində inamlı və
şəksiz qələbəniz münasibətilə Sizə
ən səmimi təbriklərimi və arzularımı
çatdırım.
Fürsətdən
istifadə edərək Azərbaycanın Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının işində fəal
iştirakına görə Sizə dərin təşəkkürümü
bildirirəm. Beynəlxalq Üzümçülük
və Şərabçılıq Təşkilatı ilə
Azərbaycan Hökumətinin və milli
şərabçılıq institutlarının səmərəli
əməkdaşlığı şərab dünyası üçün böyük
imkanlar yaradacaqdır.
Ali diqqətinizə çatdırmaq istərdim ki, bu il
oktyabrın 31-dən noyabrın 1-dək Bakıda təşkil
ediləcək Üçüncü Beynəlxalq
Humanitar Forumda,
noyabrın 1-2-də Gəncədə keçiriləcək İkinci Beynəlxalq Üzüm
və Şərab Festivalında iştirak
etmək üçün Azərbaycana səfər
edəcəyəm.
Bir daha təbriklərimi
çatdırır, Azərbaycana səfərim zamanı
Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə
ən yüksək hörmət və ehtiram
bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Federiko KAŞTELUÇİ,
Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.2.