Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz
münasibətilə Dünya Taekvondo Federasiyasının ən səmimi təbriklərini
qəbul edin.
Azərbaycan xalqı
ölkənizi müəyyənləşdirdiyiniz istiqamətdə
irəliyə aparmaq üçün
Sizə yenidən etimad göstərmişdir.
Əminəm ki, Siz
seçicilərin etimadını qarşıdakı illərdə
də doğruldacaq, Azərbaycanı daha da irəliyə
aparacaqsınız.
Dünya Taekvondo Federasiyası
Sizin fəal köməyinizlə taekvondonun dünya səviyyəsinə
qaldırılması, ilk dəfə
2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarına daxil edilməsi, bütün dünyada
qarşılıqlı anlaşma və sülh vasitəsi kimi qəbul
olunması üçün göstərdiyiniz
dəstəyi yüksək
qiymətləndirir.
Növbəti illərdə
Azərbaycanın daha böyük
uğurlar qazanmasını səbirsizliklə
gözləyirik. Mənim dostluğuma və
dəstəyimə hər zaman etibar edə bilərsiniz.
Dərin hörmətlə,
Çunqvon Ço,
Dünya
Taekvondo Federasiyasının
Prezidenti
Azərbaycan.- 2013.- 13 oktyabr.-
S.2.