Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə parlaq qələbə respublika sakinləri arasında yüksək nüfuzunuzun daha bir inandırıcı təsdiqi, xalq naminə, Azərbaycanın şöhrəti naminə məqsədyönlü əməyinizin etiraf edilməsidir.

Bu gün müstəqil Azərbaycan dünya məkanında, dünyanın aparıcı ölkələri arasında getdikcə daha layiqlinüfuzlu yer tutur. Ölkənin böyük iqtisadi inkişafı, yüksək mənəvi-əxlaqi mühitin qorunub saxlanılması, mədəniyyət, elm və təhsilin dəstəklənməsi Sizin - güclü yaradıcı enerjiyə malik, işinin peşəkarı olan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və təkidlə nail olan bir insanın böyük şəxsi xidmətidir.

Bu günlər Çində olsam da, seçkiləri diqqətlə izləyirdim və bu gün səmimi-qəlbdən Sizə və Sizin bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Qoy həmvətənlərinizin rifahı naminə, ölkələrimizin xalqlarının dostluğu  naminə bütün faydalı işləriniz və təşəbbüsləriniz əvvəlki kimi uğurlu olsun.

 

Hörmətlə,

 

Mixail QUSMAN,

İTAR-TASS-ın baş direktorunun birinci müavini

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.2.