Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq və möhtəşəm qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm. Azərbaycan seçiciləri Sizi yenidən Prezident seçməklə fəaliyyətinizi yüksək qiymətləndirmişlər. Bu fəaliyyət sayəsində Azərbaycan iqtisadisosial inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq mövqelərini möhkəmləndirir.

Əminik ki, Sizin rəhbərliyiniz altında respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına etibarlı surətdə təmin edilməsi, səmərəli sosial dialoqun inkişafı üzrə işlər bundan sonra da davam edəcəkdir.

Möhtərəm cənab Prezident, Sizə ən xoş arzularımızı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimizi qəbul edin.

Dərin hörmətlə,

 

Vladimir ŞERBAKOV,

 

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi

 

Azərbaycan.- 2013.- 13 oktyabr.-S.2.