Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk

 qrupunun amerikalı həmsədrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.