Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 292 Bakı şəhəri, 8 oktyabr 2013-cü il
"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
"Yol-nəqliyyat
hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi və yol hərəkətinin
tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının
artırılması ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına
əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
41 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə
342; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr
116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010,
¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5,
maddə 488, ¹ 12, maddə 1352; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
29 may tarixli 90 nömrəli
və 12 iyul tarixli 179
nömrəli qərarları) aşağıdakı dəyişikliklər
edilsin:
1. həmin
qərarla təsdiq edilmiş "Nəqliyyat
vasitəsini idarə etmək hüququ verən
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamə" üzrə:
1.1. 2.7-ci bənddən
"yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərdən" sözləri
və ikinci cümlə
çıxarılsın;
1.2. 3.9-2-ci bəndə
"məlumat verilir" sözlərindən
əvvəl "dərhal" sözü
əlavə edilsin, həmin bənddən
üçüncü cümlə
çıxarılsın;
2. həmin
qərarla təsdiq edilmiş "Nəqliyyat
vasitəsini idarə etmək hüququ verən
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamə"yə 3
nömrəli əlavə
- "Nəzəri imtahanın keçirilmə
Metodikası"nın 2.2-ci bəndinin üçüncü
abzasından "tam və" sözləri
çıxarılsın;
3. həmin
qərarla təsdiq edilmiş "Nəqliyyat
vasitəsini idarə etmək hüququ verən
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamə"yə 4
nömrəli əlavə
- "Təcrübi imtahanın keçirilmə
Metodikası" üzrə:
3.1. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsın:
"2.1. Nəqliyyat
vasitələrini idarəetmə vərdişləri üzrə
təcrübi imtahan ikimərhələli
prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada
və ya avtodromda, ikinci mərhələ isə sınaq
marşrutlarında qəbul edilir:";
3.2. 2.1.4-cü
yarımbəndin ikinci abzasına
"bağlı meydançanın" sözlərindən sonra "və ya avtodromun" sözləri əlavə edilsin;
3.3. 2.2.2-ci yarımbənddə
hər iki halda "əhalinin
miqdarı" sözləri "əhalinin sayı"
sözləri ilə əvəz edilsin;
3.4. 2.2.4-cü
yarımbəndin beşinci abzası
2.2.5-ci yarımbənd hesab edilsin və aşağıdakı redaksiyada verilsin:
"2.2.5.
İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan
qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə
namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut
xəritəsi ilə tanış edir.";
3.5. 2.3-cü bənddə
"onun istədiyi dərəcəli nəqliyyat
vasitəsinin" sözləri "müraciət etdiyi sürücülük
kateqoriyasına aid nəqliyyat vasitəsini"
sözləri ilə əvəz edilsin;
3.6. 2.4-cü bənd
aşağıdakı redaksiyada verilsin, həmin bəndin ikinci
abzası ləğv edilsin:
"2.4.
İmtahanın birinci mərhələsində
elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin
köməyi ilə həyata keçirilir.".
Artur RASİZAƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2013.- 13 oktyabr.-
S.2.