Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin siyasətinizə və rəhbərliyinizə olan inamının göstəricisidir.
Hindistan ilə Azərbaycan arasında möhkəm tarixi və mədəni əlaqələrə söykənən dostluq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələri gücləndirmək, ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün birgə səylərimizi davam edəcəyik.
Dost Azərbaycan xalqının rifahı və çiçəklənməsi üçün bütün səylərinizdə Sizə uğurlar arzu edirəm.
Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul edin.
Pranab MUKHERCİ,
Hindistan Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 22 oktyabr.- S. 1.