Karnegi Fondunda «Azərbaycanın
gələcəyinə
baxaraq» mövzusunda «dəyirmi masa»
keçirilmişdir
Oktyabrın 11-də
Vaşinqtondakı Karnegi Fondunda
"Azərbaycanın gələcəyinə baxaraq"
mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Azərbaycanda keçirilmiş
prezident seçkiləri, ölkənin son onillikdəki
inkişafı və qarşıdakı beş
il üçün proqnozlar müzakirə edilmişdir.
Karnegi Fondunun Avrasiya
və Rusiya üzrə proqramları direktoru və baş elmi işçisi Ceyms Kollinzin sədrliyi ilə keçilmiş
"dəyirmi masa"da
Karnegi Fondunun Avrasiya və Rusiya üzrə
proqramlarının baş elmi
işçisi Tomas de Vaal, Corctaun
Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa
Araşdırmaları Mərkəzinin baş
elmi işçisi Brenda Şaffer və Beynəlxalq Strateji
Araşdırmalar Mərkəzinin enerji və
milli təhlükəsizlik
proqramlarının baş elmi
işçisi Edvard Çou çıxış etmişlər.
Tomas de Vaal
iqtisadiyyatın inkişafından, Azərbaycanda siyasi həyatın problemlərindən və
perspektivlərindən danışmışdır. Prezident seçkilərindən danışan natiq qeyd etmişdir
ki, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev
son onillikdə ölkədə iqtisadi inkişaf göstəriciləri
sayəsində istənilən halda
seçkilərdə qalib gələrdi. Tomas de Vaal
demişdir ki, sonuncu dəfə o, Azərbaycanda
olanda ölkənin ümumi
milli məhsulu üç
milyard dollar təşkil
edirdi, hazırda isə bu
rəqəm 70 milyard dollardır.
Tomas de Vaalın sözlərinə
görə, bəzi təşkilatların bəyanatlarında
ifadə olunmuş müəyyən
problemlərə baxmayaraq, o,
Azərbaycanda demokratikləşməyə və gələcək
inkişafa optimist
baxır.
Doktor Brenda Şaffer çıxışında
oktyabrın 9-da keçirilmiş prezident seçkilərini, eləcə də
ABŞ Dövlət Departamentinin, AŞ
PA-nın, ATƏT-in pozitiv və neqativ bəyanatlarını müzakirə etmişdir. Corctaun Universitetinin professoru
vurğulamışdır ki, Dövlət
Departamentinin bəyanat verməsi faktı,
həqiqətən, yaxşı əlamətdir. Birincisi, ona görə ki, ABŞ Azərbaycana həssaslıqla
yanaşır, ikincisi, bu,
özlüyündə maraqlanan tərəflərin
hamısı üçün
informasiyanın tamamilə əlyetərli olduğu
Azərbaycanda açıq cəmiyyətin mövcudluğu
faktıdır. Brenda Şaffer demişdir
ki, bu yaxınlarda İranda H.Ruhaninin Prezident seçildiyi, eləcə də heç bir beynəlxalq
müşahidəçilər missiyasının və müvafiq seçki prosesinin
olmadığı prezident
seçkilərində beynəlxalq təşkilatlar və ya hökumətlər tərəfindən hər
hansı bəyanatın verilməsi üçün
şərait yaradılmamışdır. Ona
görə də Azərbaycandakı demokratik
seçki prosesi
özlüyündə ABŞ və Avropa
üçün maraq
kəsb edir. Biz son 24 saatda bir
çox bəyanatların şahidi
olmuşuq.
Doktor Brenda Şaffer auditoriyaya
müraciət edərək bildirmişdir
ki, o, KİV-lərin
hər hansı tənqidi ilə razılaşmır. Məsələn,
Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı
varsa və o, Azərbaycanda
yaşamırsa, onun prezidentliyə namizədliyini
necə qeydiyyata almaq
olardı? Doktor B.Şaffer Almaniyada
doğulmuş və Amerika
Konstitusiyasına görə ABŞ Prezidenti
seçilmək hüququ olmayan
məşhur amerikalı siyasətçi Henri
Kissinceri nümunə gətirərək
vurğulamışdır ki, qanun istər ABŞ-da, istərsə
də Azərbaycanda ali olmalı və ona riayət
edilməlidir.
Tədbirdə
çıxış edən Edvard Çou son on ildə Azərbaycanda baş
vermiş iqtisadi
artımdan və dramatik dəyişikliklərdən
söz açmışdır. Beynəlxalq Strateji
Araşdırmalar Mərkəzinin təmsilçisi demişdir ki, baxmayaraq Bakı və rayonların
inkişafındakı fərqlər göz
qabağındadır, resursların bölüşdürülməsi
ilə bağlı analoji vəziyyəti,
məsələn, Kaliforniya və Luiziana regionlarını müqayisə etməklə,
ABŞ-da da görmək olar.
Sonra Edvard Çou
Azərbaycanın hazırkı enerji layihələrindən,
o cümlədən "Cənub dəhlizi"
layihəsindən bəhs etmiş, Azərbaycanın
təşəbbüsü ilə həyata keçirilən
layihələrin hesabına ölkənin və geniş regionun inkişaf perspektivlərindən
danışmışdır.
Çıxışlardan
sonra panel iştirakçılarına
suallar verilmişdir. Erməni diasporu təmsilçilərinin təxribat
xarakterli bəyanatlarına
baxmayaraq, Azərbaycanın
ABŞ-dakı səfirliyinin nümayəndələri
Azərbaycanı tənqid
edənlərin əsassız
iddialarına layiqli cavab vermişlər. Səfirliyin nümayəndələri
Azərbaycanda prezident
seçkilərinin şəffaflığı
və tam legitimliyi ilə
bağlı bəyanat
vermişlər. Seçkilərin nəticələri xalqın
iradəsini nümayiş
etdirmişdir. ABŞ Dövlət
Departamenti və bəzi müşahidəçilər
diqqəti yalnız əhəmiyyətsiz hadisələrə
cəlb etməməli,
Azərbaycanda demokratik
inkişafın geniş mənzərəsinə
baxmalıdırlar.
Tədbirdə
Vaşinqtonun akademik dairələrinin, elmi-tədqiqat
mərkəzlərinin, şəhərin
azərbaycanlı icmasının
nümayəndələri, tələbələr iştirak
etmişlər.
Yusif
BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.5.