Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyində ötən doqquz ayın yekunlarına
dair kollegiya iclası keçirilmişdir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
(RİTN) 2013-cü ilin doqquz
ayının yekunlarına dair kollegiya iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda
9 oktyabr prezident
seçkilərində böyük səs
çoxluğu ilə qalib
gəlmiş İlham Əliyevə rabitəçilər
adından ünvanlanmış təbrik məktubu oxunmuşdur. Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov seçki sistemində
informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqinə
toxunaraq, bunun daha şəffaf, ədalətli və mütərəqqi
qaydada keçirilməsinə yönəldiyini
vurğulamışdır.
Nazir "İnformasiya-kommunikasiya
texnologiyaları ili" çərçivəsində
genişmiqyaslı tədbirlərin və müvafiq
layihələrin həyata keçirildiyini
qeyd etmiş, əldə
olunan nailiyyətlərdən
danışmışdır.
İclasda bildirilmişdir ki, fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
çıxarılması
2013-cü ilin ən mühüm
hadisələrindəndir. Ölkəmiz bununla dünya kosmik sənaye ölkələri
sırasına daxil olmuşdur.
Artıq peyk kommersiya
fəaliyyəti göstərir və qısa müddətdə
"Azerspace-1" peyki üzərindən
yayımlanan telekanalların sayı 58-ə
çatdırılmışdır. Hazırda 2016-cı ildə Yer
səthinin müşahidəsi üçün
daha bir Azərbaycan peykinin
aşağı Yer orbitinə
çıxarılması istiqamətində
istehsalçı şirkətlərlə
danışıqlar aparılır.
Dünya İqtisadi Forumunun 2013-2014-cü il
üzrə Dünya Rəqabətlilik
Hesabatında qlobal rəqabətqabiliyyətlilik
indeksinə görə Azərbaycanın dünyanın 148 ölkəsi
arasında 39-cu yerdə qərarlaşdığını vurğulayan nazir demişdir ki, ölkəmiz
MDB məkanında növbəti dəfə öz
liderliyini qorumuşdur.
Rəqəmli
televiziyanın tətbiqi istiqamətində görülmüş
işlərdən danışan Ə.Abbasov
respublika əhalisinin 96 faizinin
rəqəmli televiziya yayımı ilə
təmin olunduğunu bildirmişdir
.
Qeyd olunmuşdur ki, "Elektron hökumət"in
inkişaf etdirilməsi üçün görülən işlər
çərçivəsində "E-hökumət"
portalının yeni versiyası istifadəyə
verilmiş, "e-imza"nın tətbiqi
genişləndirilmişdir. Hazırda "Elektron
hökumət" portalına qoşulan
qurumların sayı 41-ə, onların portala
inteqrasiya edilmiş elektron xidmətlərinin sayı 256-ya
çatdırılmışdır.
Gələcək planlardan söz açan Ə.Abbasov demişdir ki, həyata
keçirilməsi nəzərdə tutulan
əsas layihələrdən biri
2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində,
hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi
üzərindən əhalinin yüksəksürətli
genişzolaqlı internet və digər müasir telekommunikasiya
xidmətlərinə çıxışını nəzərdə
tutan "Milli
genişzolaqlı internetin
inkişafı" layihəsidir. Layihə əlaqədar
dövlət qurumları ilə tam
razılaşdırılmışdır.
Kollegiya iclasında
ilin doqquz ayında rabitə və informasiya
texnologiyaları sektorunda görülmüş
işlər və əldə olunan nəticələr
barədə məruzə dinlənilmişdir. Məruzədə
qeyd edilmişdir ki, bu dövrdə İKT, informasiya
və poçt sektorunda
əldə olunan gəlirlərin həcmi
ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 1196,8 milyon manata
çatmışdır. Sektor üzrə əldə olunan
gəlirlərin ümumi daxili
məhsulda payı 1,8 faiz təşkil etmişdir.
Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisələrinin rəhbərlərinin
çıxışları dinlənilmişdir.
Kollegiya iclasına yekun vuran Ə.Abbasov gələcək
hədəflərə toxunaraq dövlət
başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamlarında,
o cümlədən dövlət
proqramlarında nazirliyin üzərinə
düşən vəzifələrin icrasının vacibliyini qeyd etmişdir. Nazir bu il rəqəmli
TV yayımının genişləndirilməsi, informasiya təhlükəsizliyi,
tənzimlənmə, "E-hökumət", "Elektron imza",
ümumilikdə, elektron xidmətlərin
həcminin artırılması, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə
bağlı tədbirlərin davam etdiriləcəyini
bildirmişdir.
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.7.