Yükdaşımaların həcminin artması

iqtisadi inkişafın göstəricisidir

 

Statistikadan, rəsmi rəqəmlərdən savayı sosial-iqtsiadi inkişafı təsdiqləyən, səciyyələndirən digər amillər də var. Məsələn, sadəcə müşahidə etməklə hər hansı ölkədə, yaxud ərazidə inkişafın səviyyəsi və istiqaməti barədə ilkin məlumata malik olmaq mümkündür.

ya insanların həyat səviyyəsi, əhval-ruhiyyəsi, hətta ətrafdakılara münasibəti də həmin məkandakı sosial-iqtisadi durumdan xəbər verən şərtlərdir. Bu amillərin sayını artırmaq da olar. Biz isə qeyd etdiklərimizlə kifayətlənib inkişafın nəticəsi sayıla bilən başqa şərtdən - yükdaşımalardan qısa məlumat verəcəyik.

"Yollar iqtisadiyyatın damarlarıdır" ifadəsi çox işlənsə də, kifayət qədər uğurlu bənzətmə olduğu üçün bizondan istifadə etmək məcburiyyətindəyik. Həqiqətən, istər avtomobil, istərsə də dəmir yolları olsun, onlarsız heç bir inkişaf mümkün deyil. Bu mənada təkrarladığımız bənzətmənin davamı olaraq deyə bilərik ki, əgər yollar iqtisadiyyatın damarlarıdırsa, həmin yollarla daşınan yüklər iqtisadiyyatın qanıdır. Əbəs deyil ki, buya digər regionu sosial-iqtisadi cəhətdən inkişaf etdirmək qərarı veriləndən sonra ilk növbədə, ərazinin yolları abadlaşdırılır, yaxud yenidən qurulur. Bu isə o deməkdir ki, yol çəkilişi təkcə infrastruktur yox, həm də iqtisadi məsələdir. Elə ölkəmizin maddi imkanlarının artmağa başladığı ilk dövrlərdə irihəcmli sərmayələrin yol tikintisinə yönəldilməsinin əsas səbəbi də bu olmuşdur.

İndi Azərbaycanın elə bir ərazisi yoxdur ki, orada yollara xüsusi diqqət verilməsin. Bütün istiqamətlərdə respublika əhəmiyyətli avtomagistralların müasir tələblər səviyyəsində yenidən qurulmasının başa çatmaq üzrə olduğu bugünkü gündə artıq kəndlərarası yolların çəkilişinə başlanmışdır və hazırda bu istiqamətdə genişmiqyaslı işlər görülür. Xüsusən, regionlarda, eləcə də Bakıətrafı qəsəbələrdə iri yaşayış məntəqələrini birləşdirən yolların çəkilişi böyük vüsət almışdır və hətta həmin yolların xeylisinin inşası artıq başa çatmışdır. Başqa sözlə desək, yolu abad olan ərazilərin özlərinin də abad olmaları üçün zəmin yaranmışdır. Elə ölkədə yükdaşımaların həcminin aydan-aya artmasının bir səbəbi də budur. İqtisadi inkişafın sübutu olan bu artımın həcmi isə heçaz deyil.

Dövlət Statistika Komitəsinin cari ilin 8 ayı üzrə açıqladığı rəqəmlərdən məlum olur ki, bu dövr ölkə ərazisində 144,5 milyon ton yük daşınmışdır. Bu isə ötən ilin müvafiq dövründəkindən 2,6 faiz çoxdur. Diqqətçəkən faktlardan biribudur ki, daşınan qeyri-neft yüklərinin həcmi 6,6 faiz artaraq 101,9 milyon tona çatmışdır. Bu göstəricini ölkədə qeyri-neft sektorunun inkişafına yönələn tədbirlərin nəticəsi kimi də qəbul etmək olar. Azərbaycanda dəmir yolu nəqliyyatının ahəngdar işləməsinə baxmayaraq, daşınan yüklərin yarıdan çox hissəsinin - 57,7 faizinin avtomobillərin payına düşməsi isə bilavasitə regionların inkişafı ilə bağlıdır. Qalan yüklərin 26,6 faizi boru kəməri, 10,3 faizi dəmir yolu, 5,4 faizi dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.

Yanvar-avqust aylarında qeyri-dövlət bölməsində yük daşınmasının həcmi də xeyli (4,3 faiz) artmışdır. Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşımalarının payı ümumilikdə nəqliyyat sektorunda 75,3 faiz təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatında da bildirilir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə yük daşınması 14,9 milyon ton olmuşdur. Yəni, orta hesabla sutkada 654 vaqon yüklənmiş, 581 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 24,6 min ton, qərb istiqaməti üzrə 6,3 min ton və cənub istiqaməti üzrə 5,9 min ton yükləmə işləri yerinə yetirilmişdir.

Sözügedən aylarda dəniz nəqliyyatı ilə yük daşınmalarında da artım qeydə alınmışdır. Belə ki bu dövr dəniz nəqliyyatı ilə 7,8 milyon ton yük daşınmışdır. Onun 57,1 faizini neft, 42,9 faizini quru yüklər təşkil etmişdir. Ölkənin limanlarında 8 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir.

Ümumilikdə ölkə üzrə yükdaşımalardan 265,6 milyon manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 6,3 faiz çoxdur.

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.7.