Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz BP şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin - neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq.

Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 

 Robert DADLİ,

BP şirkətinin icraçı direktoru

Azərbaycan.-2013.-  22 oktyabr.- S. 1.