Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP-Azərbaycan şirkətinin rəhbərliyi və işçi heyəti adından Sizə ən xoş arzularımı çatdırım.

Cənab Prezident, BP-Azərbaycan şirkəti olaraq Sizə Azərbaycan xalqının rifahının daha da yüksəlməsi və ölkə iqtisadiyyatının sürətli inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Fürsətdən istifadə edərək şirkətimizin bu regiondakı fəaliyyətinə daim dəstək verdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirəm ki, BP şirkəti Azərbaycanda neftqaz sənayesinin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.

Zati-aliləri, bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

 

 

Qordon BİRRELL,

BP-nin Azərbaycan, Gürcüstan,

Türkiyə üzrə regional prezidenti

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.