Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) adından təbrik etməkdən qürur duyuram.
Azərbaycan 1999-cu ildən QDTİB-in ilk əməliyyatlarından etibarən bankın strategiyasının hazırlanması və əməli fəaliyyətinin həyata keçirilməsində fəal iştirak edən dəyərli səhmdar olmuşdur. 2007-ci ildə hökumətinizin QDTİB-dəki kapitalını 2 faizdən 5 faizə qaldırması barədə qərarı Azərbaycanın banka və onun regionun inkişafındakı roluna olan inamını əks etdirir. Sizi əmin edirəm ki, QDTİB regionun ən sürətlə tərəqqi edən iqtisadiyyatına malik Azərbaycanın inkişaf proqramını dəstəkləməyə davam edəcəkdir.
Hörmətlə,
Andrey KONDAKOV,
Qara Dəniz Ticarət və
İnkişaf Bankının prezidenti
Azərbaycan.-2013.- 22 oktyabr.- S.1.