ABŞ-ın Azərbaycandakı səfiri Prezident İlham
Əliyevin andiçməsi ilə
bağlı bəyanat vermişdir
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçməsi ilə bağlı bəyanat vermişdir.
Səfir bildirmişdir ki, Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident İlham Əliyevlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Diplomat diqqətə çatdırmışdır ki, istənilən tərəfdaşlar arasında olduğu kimi, bizim də çoxlu ortaq maraqlarımız vardır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bundan sonra da Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəklərini vurğulamışdır.
R.Morninqstar həmçinin diqqətə çatdırmışdır ki, ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir. Buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə məsələləri daxildir. Səfir vurğulamışdır ki, rəsmi Vaşinqton növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələri genişləndirməyə və dərinləşdirməyə ümid edir.
AzərTAc
Azərbaycan.-2013.- 22 oktyabr.- S.2.