Bolqarıstanın nüfuzlu «Standart» qəzetində «Azərbaycan – Avrasiyanın

 lideri» sərlövhəli məqalə dərc edilmişdir

 

Bolqarıstanın nüfuzlu "Standart" qəzetində tanınmış jurnalist Lyubomir Mixaylovun "Azərbaycan - Avrasiyanın lideri" sərlövhəli məqaləsi dərc edilmişdir.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, məqalənin əvvəlində ölkəmizdə keçirilmiş prezident seçkilərindən bəhs edilir. Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün Azərbaycan hakimiyyətinin gördüyü işləri qeyd edən müəllif səsvermənin gedişini izləmək üçün xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan çoxsaylı müşahidəçilərin dəvət olunduğunu, seçkiqabağı təşviqat aparmaq üçün namizədlərə hər cür şərait yaradıldığını diqqətə çatdırır.  

Yazıda Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirdiyi xüsusi vurğulanır. Şərq ilə Qərbin qovuşuğunda yerləşən, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın daxilixarici siyasətdə mühüm uğurların qazanılmasında, ölkənin müstəqilliyinin möhkəmlənməsində Prezident İlham Əliyevin əvəzolunmaz rolundan ətraflı bəhs edilir.

Müəllif yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdirregionun iqtisadiyyatının 80 faizi bu ölkənin payına düşür. Azərbaycanın hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında olduğunu bildirən müəllif respublikamızı iqtisadi inkişafına görə "Qafqazın pələngi" adlandırır. Son 10 ildə Azərbaycanın sənaye istehsalının 3,4 dəfə, kənd təsərrüfatı məhsullarının 3,3 dəfə, adambaşına düşən ümumi daxili məhsulun 7 dəfə, büdcənin 16 faiz, strateji valyuta ehtiyatlarının 30 dəfə, xarici ticarət dövriyyəsinin 6,6 dəfə, orta aylıq əməkhaqqının 6 dəfə artdığı, yoxsulluğun səviyyəsinin 5 faizə düşdüyü, 1 milyon 200 mindən çox yeni yerinin açıldığı bildirilir.

Dünyanın müdrik və təcrübəli siyasi xadimləri sırasında Prezident İlham Əliyevin də adının olduğunu vurğulayan müəllif gündən-günə nüfuzu artan Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin sayının çoxaldığını, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasında uğurla fəaliyyət göstərdiyini qeyd edir.

Məqalədə həmçinin Azərbaycanda gənclərə dövlət qayğısından bəhs edilir, Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında ətraflı məlumat verilir.

L.Mixaylov bu ilin fevralında "Azərspace-1" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanın kosmik ölkələr sırasına daxil olmasının, 2015-ci ildə Birinci Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyi haqqında qərarın qəbul edilməsinin əhəmiyyətini vurğulayır.

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrə toxunan müəllif Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzinin, Sofiya Universitetində isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Azərbaycanın Şəki şəhəri ilə Bolqarıstanın Qabrovo şəhərinin qardaşlaşdığını, Sofiyadakı küçələrdən birinə "Bakı" adının verildiyini diqqətə çatdırır.

L.Mixaylov məqaləsində birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan ilə yanaşı, xarici ölkələrdə də elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində həyata keçirdiyi mühüm layihələrdən söz açır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilən yazıda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasının region üçün böyük təhlükə yaratdığı diqqətə çatdırılır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətindən bəhs edən müəllif qurumun Gürcüstan, Türkiyə, İsveçrə kimi ölkələrə investisiyalar yatırdığını, dünyanın bir çox aparıcı şəhərlərində ofislərinin fəaliyyət göstərdiyini yazır.

 

Azərbaycan.-2013.-  22 oktyabr.- S.2.