İlham Əliyev və müasir aqrar siyasət

 

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın mühüm sahəsi olan aqrar bölməyə xüsusi diqqət yetirirdi. Ümummilli lider 1969-cu ildə respublikaya birinci dəfə rəhbərliyə başlayanda Azərbaycan kənd təsərrüfatının inkişafına görə keçmiş ittifaqda ən geridə qalmış respublikalardan biri idi. Lakin Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə qısa müddət ərzində təsərrüfatların maddi-texniki bazası yeni texnikatexnologiyalarla möhkəmləndi, kadr potensialı gücləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçiliyin intensiv inkişafı təmin olundu, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi.

Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi uğurlu iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti sayəsində respublikada aqrar sənaye kompleksinin hər üç sahəsi müasir tələblər səviyyəsinə çatdırıldı və dinamik inkişafa başladı. Belə ki, aqrar sənaye kompleksinin baza hissəsi olan kənd təsərrüfatında ümumi istehsalın inkişafı ilə yanaşı, Azərbaycanda aqrar maşınqayırma sənayesi, mineral gübrə, kənd təsərrüfatı avadanlıqları və vasitələri istehsalı təşəkkül tapdı, kənd təsərrüfatı məhsullarının emalı üçün yeni ət və süd kombinatları, konserv zavodları tikildi, mövcud olanlar modernləşdirildi. Kənd ərazilərinin qaz, işıq, su, rabitə, yol, digər sosialinfrastruktur obyektlərlə təminatı genişləndi. Bütün bunlar Azərbaycanın geridə qalan aqrar əyalətdən aqrar-sənaye kompleksinə malikmüasir sosial infrastrukturlu kəndləri olan respublikaya çevrilməsini təmin etməklə bu günə kimi davam edən inkişafın möhkəm təməlini qoydu. Həmin illər Azərbaycan bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi. Təkcə üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ-də birinci yeri tutdu.

Təəssüf ki, aqrar bölmədə yaradılan bu möhtəşəm potensial keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində dağılmağa başladı və iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da tənəzzül baş verdi. Bu tənəzzülün qarşısı isə ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra alındı. Onun rəhbərliyi və iştirakı ilə 1995-ci ildə suveren respublikamızın Konstitusiyası qəbul olundu. Konstitusiyada ölkəmizdə iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsinin nəzərdə tutulması kənd təsərrüfatını əvvəlki qaydada, yəni inzibati-amirlik metodu ilə idarə etməyin mümkün olmadığını və islahatların aparılmasının vacibliyini zəruri etdi. Bu məqsədlə islahatların hüquqi bazasını yaratmaq üçün 5 rayonda təsərrüfat seçilərək aqrar islahatlar sınağı keçirildi. Məhz bu sınağın nəticələri və xarici ölkələrin təcrübəsi əsasında Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci ildə "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı ildə "Torpaq islahatı haqqında" qanunlar qəbul etdi. Həmin qanunların icrasını təmin etmək üçün Azərbaycan Prezidenti müvafiq fərmanlar və sərəncamlar imzaladıqdan sonra mövcud qanunvericiliyə əsaslanaraq ölkəmizdə qısa müddətdə MDB məkanında analoqu olmayan torpaq islahatı həyata keçirildi. Bu islahat sayəsində kolxoz və sovxozların torpağı və əmlakı kənd əhalisinə paylandı, 871 min ailə (3,4 milyon nəfər) torpaq payı, 826 min nəfər isə əmlak payı aldı. Ölkənin vahid torpaq fondu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə uyğun olaraq dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə formalaşdı. Hazırda torpaqların 56,9 faizi dövlət mülkiyyətində, 19,6 faizi xüsusi mülkiyyətdə, 23,5 faizi bələdiyyə mülkiyyətindədir. Bu torpaqlarda mülkiyyətçilər müxtəlif hüquqi formalı təsərrüfatlar yaradaraq bazar iqtisadiyyatının tələblərinə uyğun sərbəst fəaliyyət göstərməyə başladılar. Bununla da müstəqil Azərbaycan Respublikasının müasir aqrar siyasətinin əsası qoyuldu.

2003-cü ildə xalqın böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev bünövrəsi ulu öndər tərəfindən qoyulan bu aqrar siyasəti 10 ildir daim təkmilləşdirərək uğurla davam etdirir. Cənab İlham Əliyev Prezidentliyinin ilk ilində aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycanın ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməli və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməli olduğunu önə çəkmişdir. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirilən iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış və onillik Prezidentliyi dövründə bu istiqamətdə aqrar bölmənin inkişafına yönələn çox böyük əhəmiyyəti olan tədbirlər həyata keçirmişdir.

Prezident ölkənin aqrar siyasətinin məqsədlərinə çatmaq üçün bu sektora xüsusi diqqət və qayğı göstərməyə başlamış və kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq bir sıra qanun, fərman və sərəncamlar imzalamışdır. Kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi müddəti 2013-cü ilin sonuna kimi uzadılmışdır. Bu, fermerlərin həmin müddət ərzində dövlət büdcəsinə ödəməli olduqları 1 milyard 400 milyon manatı öz tələbatlarını təmin etməyə yönəltməyə imkan vermişdir. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə hər hektar sahəyə, eləcə də buğda və çəltik istehsalçılarını stimullaşdırmaq üçün buğda və çəltik sahələrinin hər hektarına əlavə olaraq 40 manat, hər hektar əkin sahəsinə verilən gübrənin miqdarı 300 kq-dan çoxya onun dəyəri 50 manatdan artıq olmamaq şərti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrənin dəyərinin 50, habelə toxumting istehsalını artırmaq üçün birinci reproduksiyalı toxuma görə satış qiymətinin 40, ikinci reproduksiyalı toxumating istehsalına görə satış dəyərinin 30 faizi həcmində dövlət büdcəsindən subsidiya ödənilir. Bundan başqa, buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal edilən yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilir, damazlıq heyvanların isə 50 faiz güzəştlə lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması həyata keçirilir. Eyni zamanda, sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növləri genişləndirilmiş və sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqı 25 faizdən 50 faizədək artırılmışdır. Həmçinin kənd təsərrüfatı istehsalçılarına digər birbaşa və dolayı güzəştlər də tətbiq edilir. Prezidentin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara gündəlik qayğısı və diqqəti sayəsində 2007-ci ildən bu günədək yanacaqmotor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən 644 milyon manatdan çox birbaşa subsidiya verilmişdir. Bu, orta hesabla ildə hər hektar əkin sahəsinə 70 dollar təşkil edir və MDB məkanında ən yüksək göstəricidir. Yeri gəlmişkən qeyd edək ki, çox böyük maliyyə imkanları olan Rusiya Federasiyasında hər hektara 35 dollar subsidiya verilir. Aqrar bölmədə dövlətin həyata keçirdiyi bu stimullaşdırıcı tədbirlər sayəsində ölkəmiz keçmiş SSRİ respublikalarından fərqli olaraq, artıq bir neçə il bundan əvvəl kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcminə görə müstəqillikdən əvvəlki dövrün - 1990-cı ilin səviyyəsini geridə qoymuşdur. 2003-2012-ci illərdə kənd təsərrüfatı məhsullarının həcmi daim artmış və ölkədə 2012-ci ildə 4 milyard 845 milyon manatlıq kənd təsərrüfatı məhsul istehsal edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur. Belə yüksək inkişaf MDB məkanında yalnız Azərbaycana məxsusdur.

Bu nailiyyətlərin əldə edilməsində fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynamışdır. Hazırda fermerlərə güzəştli kreditlər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyiİqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilir. Dövlət Agentliyi 2007-ci ildən indiyə kimi 1904 fermerə 77 milyon manatdan çox güzəştli kredit vermişdir ki, bunun da nəticəsində 58 rayonda 6800-dən çox yeni yeri açılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2002-ci ildən başlayaraq sahibkarlara, o cümlədən fermerlərə dövlət vəsaiti hesabına güzəştli kreditlər verilir. Fond tərəfindən təkcə son 2 il yarımda aqrar sektorun məhsul istehsalı, emalı, habelə xidmət və infrastruktur (soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 375 milyon manat güzəştli kredit verilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "Aqrolizinq" ASC respublikamızda kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. ASC tərəfindən 2005-2012-ci illərdə 518,97 milyon manat məbləğində dövlət vəsaiti hesabına müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq aqrar sahədə çalışan hüquqifiziki şəxslərə güzəştli şərtlərlə və lizinq yolu ilə satılmış, 55 rayonda aqroservis filialları yaradılmış, 6 regional logistik gübrə bazası tikilərək istifadəyə verilmişdir. 2012-ci ildə aqroservis filiallarındakı 992 kombaynla 200 min hektar sahənin taxılı biçilmiş, 3000-dən çox traktorla 880 min hektar sahə şumlanmış və digər aqrotexniki xidmətlər həyata keçirilmişdir.

Məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq mümkün deyil. Son illər bu istiqamətdə əsaslı işlər görülmüş, rayonlarda kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri və digər emal müəssisələri istifadəyə verilmiş, onlar müasir texnologiya ilə təchiz olunmuşlar.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında iri təsərrüfatların yaradılmasına xüsusi önəm verir. Bu isə onunla əlaqədardır ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi bu sahənin intensiv inkişafından asılıdır. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri yetişdirmək və yeni müasir texnikatexnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır. Bu da əmək məhsuldarlığını artırmağı və rəqabətqabiliyyətli məhsul istehsalını təmin edir. İri təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə qəbul olunması ilə əlaqədar daxili bazarı qorumaq baxımından da böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan Prezident dövriyyədə olmayan torpaqları cəlb etməklə 50 iri təsərrüfatın yaradılması ilə bağlı tapşırıq vermişdir. 2012-ci ildə Ağcabədi və Beyləqan rayonlarında bu məqsədlə müvafiq olaraq 3300 və 1500 hektar qış otlaq sahələrindən torpaq ayrılaraq 2 belə təsərrüfat yaradılmışdır. Bu torpaqların 1875 hektarında dövlət vəsaiti hesabına kompleks meliorasiya işləri aparılaraq müasir suvarma sistemi quraşdırılmış və buğda səpini aparılmışdır. Həmin sahələrdən 2013-cü ildə hər hektardan 45-50 sentner məhsul götürülməsi onu deməyə əsas verir ki, iri təsərrüfatların yaradılması ölkəmizin taxıla olan tələbatının idxaldan asılılığına son qoymaq üçün ən etibarlı tədbirdir.

Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyisu ilə təminatı ilə sıx bağlı olduğu üçün müasir aqrar siyasətdə meliorasiyairriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Keçən il "MeliorasiyaSu təsərrüfatı" ASC tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına 280,7 milyon manat dəyərində istismar tədbirləri və əsaslı təmir işləri yerinə yetirilmiş, 7828 hektar sahədə torpaqların su təminatı, 5947 hektar sahədə isə meliorativ vəziyyəti yaxşılaşmış, 874 hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə verilmişdir. Bundan başqa, ASC-nin həyata keçirdiyi Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü kanalının tikintisininSamur-Abşeron suvarma sistemi üzrə digər tədbirlərin  başa çatması  şimal bölgəsində 160 min hektar torpağın suvarılmasını yaxşılaşdırmağa və 31 min hektar suvarılan yeni torpaq sahəsinin əkin dövriyyəsinə daxil etməyə imkan verəcək.

Prezident İlham Əliyevin müasir aqrar siyasətinin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Bu məqsədlə kəndlərdə təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, onların işıq, qaz, içməli su, abad yol ilə tam təmin olunması və digər sosial istiqamətlərdə tədbirlər görülür. Həmin tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksəkixtisaslı mütəxəssisləri aqrar sahəyə cəlb etməyə  və məhsul istehsalının səmərəsini yüksəltməyə şərait yaradır. Artıq bu öz nəticəsini veririndi şəhərlərdən də yaşamaq və işləmək üçün kəndlərə üz tuturlar.

Prezident aqrar sahəyə dövlət dəstəyinin gələcəkdə də davam etməsini və bu sahədə yeni istiqamətlərə diqqət verilməsini vacib hesab edir. Bununla əlaqədar Prezident İlham Əliyev 2013-cü il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində demişdir: "Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır. Bu, gələcəyə hesablanmış bir addım olacaqdır. ...Hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün demək olar ki, hər şeyi edir. İnfrastruktur layihələr dövlət hesabına icra edilir, kənd infrastrukturuna milyardlarla vəsait qoyulur. Kreditlər sahibkarlara dövlət qurumları tərəfindən güzəştli şərtlərlə verilir ki, onlar öz bizneslərini qursunlar. "Aqrolizinq" tərəfindən gətirilən texnika icarəyə verilir. Hətta biz iribuynuzlu mal-qaranı da alıb gətirdir, fermerlərə paylayırıq ki, onlar biznes qursunlar. Kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştlə verilir. İkinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaradır, güzəşt edirbu qədər vəsait ayırır. Bunu biz insanların yaxşı yaşaması, biznes şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün edirik. Biz, yenə də deyirəm, bu sahədə böyük ixracatçı ölkəyə çevrilə bilərik və artıq çevrilirik".

Onu da qeyd etmək lazımdır ki, müstəqil Azərbaycana aqrar sektorda keçmiş SSRİ-dən miras qalmış problemlər vaxtın azlığı səbəbindən hələ tam aradan qalxmamış və qazanılan uğurlara baxmayaraq, bu sahədəki mövcud vəziyyət Prezidenti tam qane etmir. Belə ki, məhsuldarlığın aşağı olması, yüksək texnologiyaların məhdud tətbiqi, informasiya qıtlığı, bəzi məhsulların istehsalının tələbatı ödəməməsi, ixrac potensialından səmərəli istifadə olunmaması və həlli gecikən digər məsələlər aqrar siyasətin daim təkmilləşməsini tələb edir. 2013-cü il fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə demişdir: "...Mən kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki müşavirələrdə də demişdim, bu gün də təkrar etmək istəyirəm. Çünki hesab edirəm ki, bu sahədə hələ ki çox ciddi işlər görülməmişdir. Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. ...Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişibdir. ...Aqrar sahədə də İKT məsələlərinin həlli, hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq, həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşəcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. ...Yəni, biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik. Bu bizim niyyətimizdir. Paralel olaraq kənd təsərrüfatının inkişafında informasiya texnologiyalarından istifadə etməliyik. Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə də bu məsələ öz həllini tapmalıdır".

Göstərilənlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyev qloballaşan dünya iqtisadiyyatında Azərbaycanın layiqli yer tutması və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması üçün təsirli tədbirlər həyata keçirmək və onları daha geniş istiqamətlər üzrə davam etdirmək əzmindədir. İndi bizim vəzifəmiz ölkəmizdə yaradılan bu geniş potensialdan səmərəli istifadə etməklə aqrar bölməni daha da inkişaf etdirmək, onun qanunvericilik bazasını müasir tələblərə uyğun təkmilləşdirmək, həlli vacib olan məsələlərə həsr olunmuş "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" və bu kimi digər qanunları tezliklə qəbul etmək, dövlət başçısının formalaşdırdığı müasir aqrar siyasətin uğurla həyata keçməsində fəal iştirak etməkdir.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

 iqtisad üzrə elmlər doktoru, professor

Azərbaycan.-2013.-  22 oktyabr.- S.4.