İqtisadi inkişaf naziri Şahin Mustafayev

Göyçayda vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 12-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayev Ağdaş, UcarGöyçay rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir. Bir sıra müraciətlər operativ olaraq yerində həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə əlaqədar qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olmuşdur. Sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə dair müzakirələr aparılmış, onların təklifləri dinlənilmişdir. Nazir istixana təsərrüfatlarının, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər vermişdir.

Qəbulda 50-dən artıq vətəndaş iştirak etmişdir.

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.7.