A.T.Rasi-zadənin Azərbaycan Respublikasının

 Baş naziri təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 23 oktyabr.- S.1.