Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini - Abid Qoca oğlu Şərifov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini - Elçin İlyas oğlu Əfəndiyev;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;

1.5. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Əli Şamil oğlu Həsənov;

1.6. Azərbaycan Respublikası Baş nazirinin müavini - İsmət Dursun oğlu Abasov;

1.7. Azərbaycan Respublikasının daxili işlər naziri - Ramil İdris oğlu Usubov;

1.8. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Hüseynqulu Seyid oğlu Bağırov;

1.9. Azərbaycan Respublikasının energetika naziri - Natiq Ağaəmi oğlu Əliyev;

1.10. Azərbaycan Respublikasının ədliyyə naziri - Fikrət Fərrux oğlu Məmmədov;

1.11. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Səlim Yanvar oğlu Müslümov;

1.12. Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;

1.13. Azərbaycan Respublikasının gənclər və idman naziri - Azad Arif oğlu Rəhimov;

1.14. Azərbaycan Respublikasının xarici işlər naziri - Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.15. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri - Şahin Abdulla oğlu Mustafayev;

1.16. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Heydər Xanış oğlu Əsədov;

1.17. Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;

1.18. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri - Əbülfəz Mürsəl oğlu Qarayev;

1.19. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri - Eldar Əhməd oğlu Mahmudov;

1.20. Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;

1.21. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Yavər Talıb oğlu Camalov;

1.22. Azərbaycan Respublikasının nəqliyyat naziri - Ziya Ərzuman oğlu Məmmədov;

1.23. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri - Əli Məmməd oğlu Abbasov;

1.24. Azərbaycan Respublikasının səhiyyə naziri - Oqtay Kazım oğlu Şirəliyev;

1.25. Azərbaycan Respublikasının təhsil naziri - Mikayıl Çingiz oğlu Cabbarov;

1.26. Azərbaycan Respublikasının vergilər naziri - Fazil Əsəd oğlu Məmmədov;

1.27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Kamran qızı Hüseynova;

1.28. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri - Nazim Hüseyn oğlu İbrahimov;

1.29. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə   Dövlət Komitəsinin sədri - Elşad Hüseyn oğlu İskəndərov;

1.30. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri - Aydın Əli oğlu Əliyev;

1.31. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri - Arif Mikayıl oğlu Vəliyev;

1.32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Abbas Abbas oğlu Ələsgərov;

1.33. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Qərib Şamil oğlu Məmmədov;

1.34. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - Kərəm Əvəz oğlu Həsənov;

1.35. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri - Rüfət Cəbrayıl oğlu Aslanlı;

1.36. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri - Ramiz Ayvaz oğlu Həsənov;

1.37. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi - Firudin Hilal oğlu Nəbiyev;

1.38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;

1.39. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Arzu Yusif oğlu Rəhimov;

1.40. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi - Qüdrət Qəmbər oğlu Qurbanov;

1.41. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru - Fuad Hidayət oğlu Quliyev;

1.42. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi - Ataxan Əvəz oğlu Paşayev.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 23 oktyabr.- S.1.