Macarıstanın Prezidenti zati-aliləri cənab Yanoş Aderə

 

Hörmətli cənab Prezident!

Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli əlaqələrimizin genişləndirilməsi və əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 23 oktyabr.- S.2.