«İlham Əliyev. İnkişaf - məqsədimizdir» çoxcildliyinin
on ikinci cildi
çapdan çıxmışdır
"Bu gün Azərbaycan öz sosial-iqtisadi inkişafında yeni prioritetlə və inkişaf perspektivləri ilə səciyyələnən növbəti mərhələyə qədəm qoyur. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikliyini təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur obyektlərinin müasir tələblərə uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Bununla yanaşı, Azərbaycan dövlətinin iqtisadi siyasətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onun sosial təminatının yaxşılaşdırılması mərkəzi yer tutur. Biz öz praktiki fəaliyyətimizdə belə bir müddəanı rəhbər tuturuq ki, sosial sahənin yetərli inkişafı nəinki başlıca məqsəd, həm də dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir".
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin on ikinci cildindən - dövlət başçısının 2005-ci il sentyabrın 7-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının "Qloballaşma və əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda Avropa iclasındakı çıxışından götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında ölkəmizin iqtisadi, siyasi və mədəni cəhətdən daha da müasir dövlətə çevrilməsinə, ordu quruculuğunun inkişafına dair materiallar, Dağlıq Qarabağ münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi həmişə olduğu kimi geniş yer tutmuşdur.
Kitabda
Azərbaycan Prezidenti İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası ilə əlaqədar Oğuz, Qəbələ,
İsmayıllı, Şamaxı, Lənkəran, Astara, Lerik,
Masallı, Yardımlı rayonlarına səfərləri, bu
rayonların sosial-iqtisadi inkişafına və problemlərinə
həsr olunmuş çıxışları, nitqləri və
digər materiallar toplanmışdır.
Burada
həmçinin ölkəmizdə səfərdə olmuş
UNESCO-nun o vaxtkı baş direktoru Koişiro Matsuura və onun
başçılıq etdiyi nümayəndə heyəti, həmin
vaxt Moskvanın və bütün Rusiyanın patriarxı olan
II Aleksi, çoxsaylı xarici nümayəndə heyətləri
ilə görüşləri, dərin məzmunlu söhbətləri,
nüfuzlu mətbuat orqanlarına verdiyi bəyanat və
müsahibələr, müraciət və məktubları da
dərc edilmişdir.
Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilmişdir.
On ikinci cildə
daxil olan materiallar 2005-ci ilin avqustundan sentyabradək olan dövrü əhatə edir.
"Azərnəşr"
tərəfindən buraxılmış cildin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc) materiallarından istifadə
olunmuşdur.
Azərbaycan.-2013.- 23 oktyabr.- S.2.