«Azərbaycan Respublikası Mülki
Aviasiyasının 75 illiyi (1938-2013)» Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar «Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013, ¹ 5, maddələr 460, 478) 2-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 35-ci hissə əlavə edilsin:
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı.".
Maddə 2. "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 2.