Azərbaycan Milli Elmlər
Akademiyasının Gəncə
bölməsinin
bəzi məsələləri haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 293 Bakı şəhəri, 8
oktyabr 2013-cü il
"Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2619 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2619 nömrəli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin işçilərinin ştat sayı 312 vahid müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılsın ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2619 nömrəli Sərəncamı ilə onun tərkibində yaradılmış Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun fəaliyyəti üçün tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin etsinlər.
3. Azərbaycan
Milli Elmlər Akademiyasına və Gəncə Şəhər
İcra Hakimiyyətinə tapşırılsın ki, aidiyyəti
dövlət orqanları ilə birlikdə Azərbaycan Milli
Elmlər Akademiyasının Gəncə bölməsinin fəaliyyətinin
təşkili üçün lazımi tədbirlər həyata
keçirsinlər və bu qərardan irəli gələn digər
məsələləri həll etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 23 oktyabr.- S.3.