"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz  tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 294             Bakı şəhəri, 8 oktyabr 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 681-IVQ nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 2970 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555; 2005, ¹ 11, maddə 1065; 2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1, maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7, maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə 848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012, ¹ 3, maddə 264, ¹ 6, maddə 636; 2013, ¹3, maddə 338, ¹4, maddə 440, ¹ 6, maddə 727) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"nın "Dekorativ-tətbiqi sənət nümunələri (Xalq daş heykəltəraşlıq abidələri)" bölməsinin "Cəlilabad rayonu" hissəsinin 6111-ci bəndinin "Yerləşdiyi ünvan" sütununda "İcarə" sözü "Eçara" sözü ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 23 oktyabr.- S.3.