Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 295                   Bakı şəhəri, 8 oktyabr 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340; 2013, ¹ 6, maddə 730) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "I. Büdcədən maliyyələşən müəssisələr" bölməsi üzrə:

1.1.1. "3. Tibbi mərkəzlər və birliklər" hissəsinə aşağıdakı məzmunda 3.15 - 3.24-cü bəndlər əlavə edilsin:

"3.15. Lənkəran Müalicə Diaqnostika Mərkəzi*

3.16. Şirvan Müalicə Diaqnostika Mərkəzi*

3.17. Qəbələ Müalicə Diaqnostika Mərkəzi*

3.18. Füzuli Müalicə Diaqnostika Mərkəzi*

3.19. Quba Müalicə Diaqnostika Mərkəzi*

3.20. Qazax Müalicə Diaqnostika Mərkəzi*

3.21. Bərdə Müalicə Diaqnostika Mərkəzi*

3.22. Cəlilabad Müalicə Diaqnostika Mərkəzi*

3.23. Zaqatala Müalicə Diaqnostika Mərkəzi*

3.24. Şamaxı Müalicə Diaqnostika Mərkəzi*";

1.1.2. "4. Stasionar müəssisələr" hissəsinə aşağıdakı məzmunda 4.12-ci bənd əlavə edilsin:

"4.12. Psixi Sağlamlıq Mərkəzi*";

1.1.3. "8. Sanatoriyalar" hissəsinin 8.3-cü bəndi ləğv edilsin;

1.1.4. "10. Bakı şəhəri üzrə (Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində)" hissəsi üzrə:

1.1.4.1. 10.54-cü və 10.125-ci bəndlər ləğv edilsin;

1.1.4.2. 10.86-cı və 10.108-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"10.86. 20 nömrəli Şəhər Xəstəxanası

10.108. 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası";

1.1.4.3. aşağıdakı məzmunda 10.36-2-ci və 10.57-1-ci bəndlər əlavə edilsin:

"10.36-2. 38 nömrəli Şəhər Poliklinikası

10.57-1. 22 nömrəli Uşaq Poliklinikası";

1.1.5. "27. Gəncə şəhəri üzrə (Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində)" hissəsinin 27.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

"27.6. Gəncə Regional Perinatal Mərkəzi";

1.1.6. "40. Kürdəmir rayonu üzrə" hissəsinin 40.3-cü bəndi ləğv edilsin;

1.1.7. "45. Quba rayonu üzrə" hissəsinin 45.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"45.2. Quba Regional Perinatal Mərkəzi";

1.1.8. "49. Lənkəran rayonu üzrə" hissəsinə aşağıdakı məzmunda 49.7-1-ci bənd əlavə edilsin:

"49.7-1. Lənkəran Regional Perinatal Mərkəzi";

1.1.9. "58. Sabirabad rayonu üzrə" hissəsinə aşağıdakı məzmunda 58.1-1-ci bənd əlavə edilsin:

"58.1-1. Sabirabad Regional Perinatal Mərkəzi";

1.1.10. "66. Şəki rayonu üzrə" hissəsinin 66.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"66.3. Şəki Regional Perinatal Mərkəzi".

1.2. "II. Təsərrüfathesablı tibb müəssisələri" bölməsinə aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

"2.4-1. Mərkəzi Neftçilər Xəstəxanası*".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 23 oktyabr.- S.3.