Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və andiçmə mərasimi ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğumu bildirir və əməkdaşlığımızın hərtərəfli inkişafına ümid edirəm. Bildirirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın sıxlaşması istiqamətində Polşa Respublikası öz töhfəsini verməyə hazırdır.
2011-ci ildə Bakıya səfərimi məmnuniyyətlə xatırlayaraq, cənab Prezident, Sizi gələn il Polşaya səfərə dəvət edirəm. Əminəm ki, bu səfəriniz ölkələrimiz arasında, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlığa yeni təkan verəcəkdir. Cənab Prezident, səfərin tarixinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsini təklif edirəm.
Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına cansağlığı və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Bronislav
KOMOROVSKİ,
Polşa Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 3.