Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

İcazə verin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı faydası və tərəqqisinə verdiyiniz önəm sayəsində münasibətlərimiz bundan sonra da möhkəmlənəcəkdir.

İkitərəfli münasibətlərimizin yeni dövrü iqtisadi sahədə ilkin real nəticələrini vermişdir. Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu potensial ikitərəfli münasibətlərimizin tam spektrinin əhatə edilməsi üçün daha da güclənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqının tərəqqisi və rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Hörmətlə,

 

 Karolos PAPULYAS,

Yunanıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.