Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz dostum!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Azərbaycanın və xalqınızın mənafeyi naminə məsuliyyətli işinizdə Sizə uğurlar diləyirəm.

Azərbaycan Latviyanın Cənubi Qafqazda etibarlı və vacib tərəfdaşıdır. Ölkələrimiz arasında ikitərəfli dostluq, konstruktiv və qarşılıqlı dəstək əlaqələri mövcuddur. Əminəm ki, ali dövləti vəzifədə olduğunuz illərdə Latviya ilə Azərbaycan arasında tərəfdaşlıq iqtisadi əməkdaşlığın çiçəklənən və tərəqqi edən inkişafı üzərində qurulacaqdır.

Bu ilin aprelində Azərbaycana rəsmi səfərimi ən xoş təəssüratlarla xatırlayıram. Latviya ilə Azərbaycanın uğurlu əlaqələrindən məmnunam və ümid edirəm ki, ölkələrimizin müxtəlif təşkilatları arasındakı əməkdaşlıq, həmçinin şəxsi əlaqələrimiz növbəti illərdə də güclənəcəkdir.

Zati-aliləri, icazə verin, Riqanın Avropanın mədəniyyət paytaxtı seçiləcəyi 2014-cü ildə Sizin Latviyaya səfərinizlə bağlı səmimi dəvətimi bir daha təkrar edim. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Ən xoş arzularla,

 

 

Andris BERZİNŞ,

Latviya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.