Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ümidvaram ki, ölkəniz Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcək, Qafqaz regionunda sabitlik və tərəqqinin əsası olacaqdır.

Əminəm ki, ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri bundan sonra daha da güclənəcək, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində, regionlararası mübadilə və digər müxtəlif istiqamətlərdə əlaqələr inkişaf edəcəkdir. Yaponiya Azərbaycana tərəqqi yolunda dəstək olmuşdur. Həmçinin mən də Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəyəm.

Zati-alilərinizə cansağlığı və Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

 

 

Şinzo ABE,

Yaponiyanın Baş naziri

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.