Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim. Sizə möhkəm cansağlığı arzulayır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Azərbaycan Yunanıstanın vacib tərəfdaşıdır. Enerji sahəsinin əsas oyunçuları olaraq bizim ortaq məqsədlərimiz və maraqlarımız vardır. Ümidvaram ki, yeni ideyalar və təşəbbüslərlə, həmçinin artıq razılaşdırılmış layihələrin uğurları ilə ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək, münasibətlərimiz və əməkdaşlığımız möhkəmlənəcəkdir.

Afinadaya Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Ən səmimi təbriklərimi və ehtiramımı qəbul edin.

 

 

Dora BAKOYANNİS,

Yunanıstan Demokratik Alyans Partiyasının sədri, parlamentin deputatı

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.