Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri, hörmətli cənab
Prezident!
Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz
münasibətilə Sizi
Alman-Azərbaycan Forumu
adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu seçkinin nəticələri
ilk növbədə Sizin əvvəlki prezidentlik dövrünüzdə
Azərbaycanın iqtisadi
və sosial inkişafına verdiyiniz böyük töhfənin
təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının
və Almaniyanın etibarlı və bərabərhüquqlu tərəfdaşıdır.
Bu, ilk növbədə Sizin xidmətinizin nəticəsidir. Sizə gələcək ali dövləti vəzifənizdə uğurlar
diləyirik.
Azərbaycan ilə Almaniya
arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq
son illərdə davamlı
olaraq inkişaf etmişdir. Alman-Azərbaycan Forumu ölkələrimiz
arasında əlaqələri
vətəndaşların xeyrinə
bundan sonra da təşviq etmək və genişləndirmək niyyətindədir.
Bunun üçün növbəti
illərdə də bir neçə layihə planlaşdırmışıq
və onların həyata keçirilməsində,
həmçinin Azərbaycan
tərəfinin dəstəyinə
ümid edirik. Belə layihələrdən biri də bizim forumun
dəvətinə əsasən
Almaniyanın tanınmış
şəxsiyyətlərinin 2014-cü ilin yazında Bakıya səfərinin təşkil edilməsidir.
Əminik ki, bu səfər çərçivəsində Sizin tərəfinizdən
qəbul edilmək bizə nəsib olacaqdır. Bu görüş
bizim Azərbaycan ilə dostluğumuzu daha da möhkəmləndirəcəkdir.
Mən Azərbaycan
Respublikasına və
şəxsən Sizə
ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Hans Eberhard
ŞLEYER,
Alman-Azərbaycan Forumunun sədri
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 3.