Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Uzun illərdən bəri qurduğumuz etibarlı əlaqələri gələcək illərdə də inkişaf etdirə biləcəyimizdən çox şadam. Ölkənizin iqtisadi inkişafını davam etdirmək, xüsusilə, neft və qaz sahəsində və həmçinin əvvəlki prezidentliyiniz dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətinizdə Sizə uğurlar arzulayıram.
Ümidvaram ki, Sizinlə tezliklə görüşəcək və zati-alinizi şəxsən təbrik edəcəyəm.
Cənab Prezident, "Total" şirkəti adından və şəxsən öz adımdan Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirəm.
Dərin
hörmətlə,
Kristof de MARJERİ,
Fransanın "Total" şirkətinin rəhbəri
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 3.