Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Diplomatik münasibətlərin qurulmasının artıq 21-ci ildönümünü qeyd etmiş ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin zati-alilərinizin səyləri nəticəsində daha yüksək mərhələyə çatmasını arzu edirəm.
2004-cü ilin avqustunda Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun digər üzvləri ilə birlikdə ölkənizə səfərimizi, zati-alinizlə görüşümüzü daim xatırlayıram. 1998-ci ildə parlamentlərarası dostluq qrupunun yaranmasından bəri davamlı olaraq Azərbaycan ilə münasibətlərin irəliləməsinə çalışmış bir şəxs kimi ötən 10 il ərzində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin sabit inkişafından çox məmnunam.
Biz, Yaponiya parlamentinin üzvləri də əmin edirik ki, dövlətinizin inkişafı və ölkələrimiz arasında münasibətlərin intensivləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Zati-alilərinizi bir daha təbrik edir, Sizinlə yenidən görüşmək arzusunda olduğumuzu bildiririk.
Hörmətlə,
Akira AMARİ,
Yaponiya Nazirlər Kabinetinin
xüsusi məsələlər üzrə naziri, iqtisadi
dirçəliş naziri, Yaponiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 3.