Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırım.

Seçkilərdə qazandığınız parlaq qələbə Sizin xalq arasındakı yüksək nüfuzunuzu bir daha təsdiqlədi. Sizin adınız Azərbaycanın sürətli iqtisadi inkişafı və xalqın rifahının yüksəlməsi ilə ayrılmaz şəkildə bağlıdır. Sizin şəksiz liderliyinizlə beynəlxalq arenada böyük nüfuz qazanan Azərbaycan demokratik cəmiyyət kimi inkişaf edir.

Serbiya və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə də inkişaf edəcəyinə və çiçəklənəcəyinə əminəm. Fürsətdən istifadə edərək hökumətinizin Azərbaycan və Serbiya arasındakı iqtisadi əlaqələrin inkişafında fəal rol oynayan Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasına göstərdiyi davamlı dəstəyə və yardıma görə Sizə öz təşəkkürümü bildirmək istərdim.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram! Əminəm ki, Sizin səyləriniz bundan sonra da Azərbaycanın hərtərəfli inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcəkdir.

Dərin hörmətlə,

 

 

Miroslav TSRNOQORATS,

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.