A.T.Rasi-zadənin Azərbaycan
Respublikasının Baş naziri
vəzifəsinə təyin edilməsinə
razılıq verilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır:
Artur
Tahir oğlu Rasi-zadənin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin edilməsinə
razılıq verilsin.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri, 22 oktyabr
2013-cü il
Azərbaycan.-2013.- 23 oktyabr.- S.4.