Azərbaycanın nümayəndə heyəti Krans Montana Forumunun Transmilli Cinayətkarlıq üzrə Beynəlxalq Sammitində iştirak etmişdir

 

Oktyabrın 16-19-da Belçikanın Brüssel şəhərində Krans Montana Forumunun Transmilli Cinayətkarlıq üzrə Beynəlxalq Sammitinin 15-ci illik sessiyası keçirilmişdir. Sessiyanın işində Azərbaycan Respublikasının nümayəndə heyəti də iştirak etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə yeni terror təhdidləri və onların beynəlxalq biznesə, o cümlədən neftqaz sənayesinə təsiri, milli infrastrukturun mühafizəsi, korrupsiyaya, kibercinayətkarlığa qarşı mübarizə, milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi və bu çərçivədə digər aktual məsələlər müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov tədbirin açılışında çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar və əldə edilmiş nailiyyətlər, habelə ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizəyə töhfəsi barədə məlumat vermişdir. O, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, xüsusən, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət xidmətlərinin daha rahat göstərilməsi üzrə tədbirləri qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyionun "ASAN xidmət" mərkəzlərinin uğurlu təcrübəsini vurğulamışdır.

Çıxışda Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadisosial islahatların dünya iqtisadi böhranının ən kəskin dövründə belə ölkəmizdə sabitliyi və inkişafı təmin etməsi və bu tədbirlərin respublikamızı böhrandan sonrakı dövrdə daha da gücləndirdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, islahatlar xalqın böyük dəstəyini qazanmışdır. Həmin dəstəyin ən bariz nümunəsi islahatların təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə qazandığı möhtəşəm qələbəsidir.

Sammitin tematik sessiyalarında milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məruzələrlə çıxış etmişlər.

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün və bunun nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun işğal edilməsinin, Cənubi Qafqaz regionundaqonşu regionlarda digər separatçı rejim və qüvvələrin, terrorçu təşkilatların fəaliyyət göstərməsinin, müxtəlif terrorçu qrupların strateji infrastruktur obyektlərinə müdaxilə cəhdlərinin Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq enerji layihələri üçün əsas təhdidlər olmasını, terrorçu qrupların milliregional təhlükəsizlik mühitinə mənfi təsir göstərdiyini qeyd etmişdir. O, belə təhdidlərin aradan qaldırılması və terrorçuluqla mübarizənin gücləndirilməsi üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti barədə ətraflı təqdimatla çıxış etmişbu təcrübənin digər ölkələr üçün də dövlət xidmətlərinin göstərilməsində faydalı nümunə ola biləcəyini bildirmişdir. O, "ASAN xidmət" modelinin korrupsiyaya qarşı mübarizədə sistemli islahat və dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılmasında əhəmiyyətli vasitə olmasını qeyd etmişdir. "ASAN xidmət" barədə təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq müzakirələrə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı mübarizəni prioritet vəzifə kimi qarşıya qoyduğunu bildirmişbununla əlaqədar həyata keçirilən silsilə tədbirlər barədə məlumat vermişdir. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin genişlənməsi, xüsusilə, ona əməliyyat-axtarış funksiyası həyata keçirmək səlahiyyətinin verilməsi üzrə görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərov da iştirak etmişdir.

Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər olmuşdur. Nümayəndə heyəti tərəfindən Krans Montana Forumunun təsisçisi və icraçı direktoru, İSESCO-nun baş direktoru, ATƏT-in Bakı ofisinin rəhbəri, Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir.

 

Azərbaycan.-2013.- 23 oktyabr.- S.4.