Biz həmişə Sizinləyik!
Allahsız yerdə otur, ağsaqqallsız yerdə oturma, - deyib babalarımız. Bu xalq həmişə öz ağsaqqallarını eşidib, onların məsləhətlərinə qulaq asıb. Bir işə başlayanda həmişə ağsaqqal xeyir-duası alıblar. Builki prezident seçkilərində də ilk xeyir-duanı məhz ağsaqqallar verdi və 2013-cü ilin fevral ayında Ağsaqqallar Şurasının qurultayında ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin yenidən prezidentliyə namizədliyini irəli sürdülər.
Artıq 9 oktyabr prezident seçkiləri arxada qalıb. Azərbaycan xalqının bütün dəyərli insanları kimi, Yardımlı ağsaqqalları, müharibə və əmək veteranları da cənab İlham Əliyevə səs verdilər. İndi hamı bu möhtəşəm qələbəni qeyd edir. Xalqımızın istəyi ilə cənab İlham Əliyev növbəti 5 ildə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Cənab İlham Əliyev yeganə dövlət başçısıdır ki, hakimiyyətdə olduğu müddətdə 3 dəfə Yardımlıda olub. Azərbaycan öz müstəqilliyini qazanandan sonra ilk dövrdə respublikada baş verən hadisələr fonunda ucqar dağ rayonu olan Yardımlı, demək olar ki, yaddan çıxmışdı. Lakin İlham Əliyevin hakimiyyəti dövründə hər birində bir tarix gizlənən dağların da üzərinə günəş doğdu. Yolları və məktəbləri acınacaqlı vəziyyətdə olan, qışda qazsızlıqdan donan, yayda susuzluqdan bağ-bağatları yanan yardımlılıların xoş gələcəyə inamları artdı.
Yardımlılıların ürəyində bu inamı İlham Əliyev rayona hər gəlişində bir daha sübut etdi. Yardımlıya hər gəlişində bu rayon üçün mühüm əhəmiyyət kəsb edən məsələlər öz həllini tapır.
Bəşəriyyətin yaşaması üçün lazım olan dörd ünsürdən birini - havanı bizlərə Tanrı bəxş edib. Qalan üçünü isə - yolu, qazı və suyu yardımlılılar üçün Prezident bəxş edib.
On il əvvəl
Yardımlıda olan insan indi bu
rayona gəlsə, onu tanımaz. Burada genişləndirilmiş küçələr,
yeni tikilmiş sosial obyektlər, insanların daha yaxşı istirahət etməsi üçün
göz oxşayan parklar, bu gün
Avropa standartlarına cavab verən rayon mərkəzi xəstəxanası
sözün əsl mənasında Yardımlını
tanınmaz edib. Gələcəyimiz olan uşaqların
yaxşı təhsil
alması üçün
son on ildə rayonda
60-a yaxın müasir
tipli məktəb tikilib istifadəyə verilmişdir ki, bu da paytaxtdakı
ən yaxşı orta məktəblərdən
geri qalmır. Bu gün rayonumuz
böyük bir tikinti meydanını xatırladır. Gənc
nəslin sağlam böyüməsi üçün
Olimpiya İdman Kompleksində sürətli
iş gedir, şəhərin su-kanalizasiya
sistemi yenidən qurulur, kənd yolları asfaltlaşdırılır,
körpülər salınır.
İlham
Əliyevin Yardımlıya
sonuncu səfəri zamanı açılışını
etdiyi Yardımlı-Deman-Arvana
yolunun 20 kilometrlik hissəsinin çəkilişi
davam edir. 23 yaşayış məntəqəsini əhatə
edən bu yolun tikintisi rayon mərkəzinin kəndlərlə
nəqliyyat əlaqəsinin
yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın
və turizmin inkişafı baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Mənim yaşım 90-ı haqlayıb. 70 il müəllim işləmişəm, gənc
nəslin təlim-tərbiyəsi
ilə məşğul
olmuşam. Hazırda Yardımlı Rayon Müharibə,
Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının
sədriyəm. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev veteranlara, xüsusilə də Böyük Vətən müharibəsi
veteranlarına həmişə
qayğı ilə yanaşmışdır. Müstəqilliyimizin
ilk illərində bəzi
üzdəniraqlar 9 may Qələbə
bayramını ləğv
etmək istəyirdilər
ki, biz sovetlər uğrunda vuruşmuşuq.
Ancaq xalqımızın ümummilli
lideri 1993-cü ildə
Azərbaycanda hakimiyyətə
qayıdandan sonra vəziyyət tamamilə dəyişdi və veteranlara layiq olduqları münasibət
göstərilməyə başlandı.
Ədalət yenidən
bərpa olundu və 9 may alman faşizmi üzərində
Qələbə Günü
hər il
ölkəmizdə təntənəli
surətdə qeyd edilir. Ulu öndər
veteranlarla görüşlərin
birində demişdir:
"Azərbaycanın bütün
ictimaiyyəti, bütün
Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük
Vətən müharibəsinin
veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı
göstərmək, hörmət
etmək bizim dövlətin və hər bir dövlət
orqanının, hər
bir namuslu Azərbaycan vətəndaşının
borcudur".
Biz sevinirik ki, Heydər Əliyev tərəfindən qoyulan
ənənələr bu
gün də Prezident İlham Əliyev tərəfindən
çox ləyaqətlə
davam etdirilir. 2005-ci ilin
may ayında Böyük
Vətən müharibəsində
Qələbənin 60 illik
yubileyinə həsr olunmuş mərasimdə Prezidentin söylədiyi fikirlər biz veteranların
ürəyindən oldu:
"İstəyirəm biləsiniz
ki, mən veteranlara bundan sonra da böyük
qayğı ilə yanaşacağam. Sizin böyük
xidmətləriniz olubdur,
böyük yol keçmisiniz. Azərbaycanımız üçün, dövlətimizin
inkişafı üçün
böyük töhfələr
vermisiniz. Hər bir
vətəndaş, hər
bir insan, xüsusilə vəzifəli
şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə
olan bütün məmurlara da tapşırmışam ki,
sizin problemlərinizlə
məşğul olsunlar,
lazımi işlər
görsünlər ki,
siz rahat yaşayasınız. Sizin buna
haqqınız çatır.
Siz Azərbaycan xalqının
rifahı naminə fədakarcasına çalışmısınız".
Bu gün Yardımlıda
veteranlara xüsusi diqqət və qayğı ilə yanaşılır. Rayonda keçirilən elə bir tədbir
yoxdur ki, orada veteranlar iştirak etməsin.
Rayonda veteranların istirahətinin
və asudə vaxtının səmərəli
keçirilməsi üçün
rayon mərkəzində ikimərtəbəli
Veteran evi tikilib, onların bütün problemləri rayon rəhbərliyi
tərəfindən həll
edilir. Veteranlarımıza göstərilən bu diqqət və qayğıya görə biz dövlət
başçısına minnətdarıq.
İnanırıq ki, bu gün
Azərbaycanımızın ən ağır və taleyüklü məsələsi olan Dağlıq Qarabağ problemini də Ali Baş Komandanın qurduğu qüdrətli,
modern və Qafqazda ən güclü olan ordu ilə
azad edəcəyik. Biz veteranlar da həmişə
Prezidentin yanındayıq.
İnsan gərək görülən
işə düzgün
qiymət versin. Atalar məsəli var: qatığa qara deməklə qatıq qara olmaz. Bu gün bütün xalqımız ölkəmizdə
gedən sosial-iqtisadi inkişafı görür
və buna görə də öz taleyini növbəti 5 ildə də cənab İlham Əliyevə etibar edib. 9 oktyabrda Yardımlı
rayon veteranları da bir nəfər kimi cənab İlham Əliyevə səs verdilər. Biz Azərbaycanın gələcəyinə səs
vermişik. Azərbaycanın gələcəyi isə cənab İlham Əliyevlə bağlıdır.
Yardımlı rayon müharibə,
əmək və Silahlı Qüvvələr
veteranları adından,
bütün Yardımlı
ağsaqqalları adından
cənab İlham Əliyevi növbəti 5 ildə Azərbaycan Respublikasının Prezidenti
seçilməsi münasibətilə
təbrik edir, ona uzun ömür,
cansağlığı, Azərbaycanımızın
çiçəklənməsi və daha da
qüdrətlənməsi yolunda
müvəffəqiyyətlər arzulayıram.
Şahbaz HÜSEYNOV,
Yardımlı Rayon Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları
Şurasının sədri
Azərbaycan.-2013.- 23 oktyabr.- S.6.