Azərbaycan Prezidenti İlham Əliyev
Statoil şirkətinin prezidentini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul etmişdir.
Statoil şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlət başçısını təbrik etdi.
Görüşdə
Statoil şirkəti ilə Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli
əməkdaşlığın həyata keçirildiyi
vurğulandı və bu əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 24 oktyabr.- S.1.