Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə Federal Şurası adından təbriklərimi böyük məmnuniyyətlə Sizə çatdırıram. Ali dövləti vəzifənizdə Sizə yeni uğurlar, ölkənizə isə rifah və tərəqqi arzulayıram.
İsveçrə ölkələrimiz arasında təşəkkül tapmış yaxın dostluq əlaqələrini yüksək dəyərləndirir. Əminəm ki, hazırda mövcud yüksək səviyyəli münasibətlərimiz gələcəkdə daha da genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Ueli MAURER,
İsveçrə
Konfederasiyasının Prezidenti
Azərbaycan.-2013.- 24 oktyabr.- S. 1.