Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da güclənəcəkdir.

Ən dərin ehtiram və hörmətlə,

 

 

Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al NƏHƏYAN,

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

Azərbaycan.-2013.-  24 oktyabr.- S. 1.