Prezident İlham Əliyevin parlaq qələbəsi Azərbaycanın

 beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcəkdir

 

Sloveniyanın Milli Partiyasının sədri Zmaqo Linçiç Plemeniti 9 oktyabr seçkilərində parlaq qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmişdir.

Təbrikdə deyilir: "Bu qələbə Azərbaycan xalqının qazanılmış bütün uğurlara inamını və həyatın hər bir sahəsində ölkənin inkişafına yönəlmiş kursa fəal dəstəyini təsdiq edir, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirəcəkdir".

Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişlənəcəyinə əminliyini vurğulayan partiya sədri bildirir ki, bu, xalqlarımızın hər ikisinin marağındadır.

Sloveniya Milli Partiyasının lideri Prezident İlham Əliyevə ali dövləti vəzifəsində uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi diləyir.

 

Azərbaycan.-2013.-  24 oktyabr.- S. 1.