Seçkilərdə Prezident
İlham Əliyevin qələbəsi Azərbaycanın
daha sanballı uğurlar
qazanmasına imkan yaradacaqdır
"Oktyabrın 9-da keçirilmiş demokratik seçkilər münasibətilə Sizi və bütün Azərbaycan Respublikasını təbrik edirəm. Cənab Prezident, bu seçkilərdə Azərbaycan xalqı Sizin ölkənin həqiqi lideri olduğunuza birmənalı dəstəyini ifadə etmişdir".
Bu sözləri Argentina Parlamentinin Deputatlar Palatasında Neuken Xalq Hərəkatı Blokunun sədri Alisia Komelli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində yazmışdır.
Təbrikdə deyilir: "Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi ölkənizdə növbəti prezident seçkilərinin demokratik şəraitdə keçirilməsini alqışlayıram. Əminəm ki, bu seçim ölkənizin daha sanballı uğurlar qazanmasına imkan verəcəkdir".
Argentinalı
deputat təbrikini bu sözlərlə bitirir:
"İnanıram ki, bu qələbə Azərbaycan ilə
Argentina arasında təşəkkül tapmış strateji əlaqələrin
davamlılığını və daha da möhkəmlənməsini
təmin edəcəkdir. Fürsətdən istifadə edərək
Sizi bir daha səmimi salamlayıram".
AzərTAc
Azərbaycan.-2013.- 24 oktyabr.- S. 1.